Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14106
az

Baş ağrılarından şikayət edirsiz? - Bu əlamətlər varsa, həkimə müraciət edin

09:5803 İyun, 2019
437
TİBB
  • A
 
Ətrafımızda tez-tez insanların baş ağrılarından şikayət etdiyinin şahidi oluruq. Bəzən insanlar baş ağrılarından nə qədər çox əziyyət çəksələr də, həkimə müraciət etməyə tələsmirlər.

Bəs hansı halda baş ağrısına görə dərhal həkimə müraciət etmək lazımdır?

Redaktor.az yenicag.az-a istinadən alimlərin bununla bağlı tövsiyələrini təqdim edir.

- Ağrı davamlı və artan şiddətdədirsə,

- İlk dəfə ağrı 10 yaşın altında və 50 yaşın üzərində ortaya çıxıbsa,

- Daha öncə mövcud olan ağrı şiddətlənibsə, forması dəyişibsə,

- Baş ağrısı indiyə qədər həyatınızda qarşılaşdığınız ən şiddətli ağrıdırsa və ağrıkəsicilərdən istifadə köməyə çatmırsa,

- Danışma və görmə qüsuru, qol və ayaqlarda keyimə, gücsüzlük(iflic) kimi nevroloji simptomlar baş ağrısı ilə birlikdə müşahidə olunursa,

- Baş ağrısı həmişə eyni bölgədə qeydə alınırsa,

- Səhər oyandığınızda baş ağrısı varsa və qusma ilə müşahidə olunursa, mütləq həkimə müraciət etmək lazımdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Kişmiş suyunun sağlamlığa faydaları