Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14098
az

Paltaryuyan maşının ömrünü uzadan QAYDALAR

22:2202 İyun, 2019
2441
CƏMİYYƏT
  • A
Paltaryuyan maşında paltar yumaq qulağa asan gəlsə də diqqət edilməsi lazım olan bəzi nüanslar var. Milli.Az lent.az-a istinadən paltar yuyarkən diqqət edəcəyiniz məqamlar barədə məlumat verir.

Qaynar suda paltar yumaq

Paltarlar ilıq suda yuyulduqda forma və rəng itkisi minimuma düşür. Yüksək istilik paltarların formasını və rəngini itirərək, daha sürətli köhnəlməsinə yol açır. Həmçinin, ilıq su ləkələri təmizləməkdə isti su qədər təsirlidir.

Paltaryuyan maşını çox ləkəli paltarlarla doldurmaq

Çox ləkəli paltarlar əvvəlcədən islağa qoyulmalı, sonra əldə ləkə çıxarıcı yuyucu vasitə ilə yuyulmalıdır. Qoltuq altındakı ləkələri limon suyu ilə apara bilərsiniz. Ot ləkəsi isə sirkə və yuyucu vasitə qarışımı ilə asanlıqla təmizlənir. Həddindən çox yuyucu vasitə və ya yumşaldıcı paltaryuyanda yığılaraq ondan pis qoxu gəlməsinə səbəb olur.

Çirkli paltarları həddindən artıq yuyucu vasitə töküb yumaqdansa, iki dəfə normal ölçüdə yuyucu vasitə istifadə edərək yumaq daha yaxşı seçimdir.

Zərif paltarları paltaryuyan maşında yumaq

Paltaryuyan maşında normal yuma busqalterlərin formasını itirməsinə səbəb olur. Buna görə bu cür paltarları əldə yumaq daha faydalı bir üsuldur.

Ağardıcı vasitə istifadə etmək

Ağardıcı vasitə paltarların xarab olmasına səbəb ola biləcəyindən istifadəsi minimum səviyyədə olmalıdır. Artıq olarsa, paltarların formasını poza bilər.

Cins paltarları tez-tez yumaq

Cins paltarların rənginin itməməsi üçün paltaryuyan maşında yumamalısınız. Əgər cinslərinizi paltaryuyan maşında yumağa israr edirsinizsə, bu, 6 ayda sadəcə bir dəfə olmalıdır. Cinslər üçün ən uyğun yuma forması əldə yumaqdır.

Paltaryuyan maşına qulluq etməmək

Çirk, yuyucu vasitə qalıqları və zamanla kirəçlənmə kimi faktorlar paltaryuyan maşının ömrünü azaldacaq.

Buna əngəl olmaq üçün:

- Hər yumadan sonra paltaryuyan maşının qapağını açıq saxlayıb havalandırın.

- Qapağındakı silikonun arasında yığılan qalıqlları təmizləyin.

- Yuyucu vasitə tğökülən bölməni ayda bir dəfə yuyun.

- Ayda bir dəfə paltaryuyanın içinə sirkə və yuyucu vasitə tökərək işlədin. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
Bakıda COP29-un keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü