Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14067
az

Pomidoru soyuducuda saxlamaq olmaz?

17:5601 İyun, 2019
563
CƏMİYYƏT
  • A
Elm adamları bildirirlər ki, pomidorların soyuducuda saxlanılması doğru deyil. 12 dərəcədən aşağı temperaturda saxlanılan pomidor təzə qalsa da, dadı tamamilə dəyişir.

Oxu24.com  bildirir ki, ABŞ-ın Florida Universitetinin tədqiqatçıları isə iri marketlərdə satılan pomidorların görünüşü yaxşı olsa da, niyə dadsız olduğuna aydınlıq gətiriblər. Onlar qeyd edirlər ki, pomidorlar soyuduculara qoyulur, sonra bir neçə gün otaq temperaturunda saxlanılır.

Bundan başqa, pomidorların yetişməsi üçün lazım olan müddət gözlənilmir və vaxtından əvvəl yığılaraq tez əmələ gəlməsi üçün qazdan istifadə olunur.

Qeyd edək ki, pomidorun insan sağlamlığına çox xeyri var. Belə ki, bol vitamin mənbəyi olan pomidor dərini nəmləndirir və parlaqlaşdırır. Həmçinin ürək, xərçəng xəstəlikləri, infarkt, yüksək təzyiq riskini aşağı salır, görmə qabiliyyətini yaxşılaşdırır, yaşlanma prosesini ləngidir.

Pomidor hüceyrələrin bərpası və əzələ kütləsinin artırılması üçün gərəkli olan zəngin protein mənbəyidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Krediti ödəmədən bağlamaq mümkündür? - VİDEO
Qrip hansı halda ölümə səbəb ola bilər?
Təhsil İdarələrində kütləvi ixtisar olub? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda Aliment Fondu yaradılacaq - VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Kabinetlərdə diş çəkilməsi və implant qadağan olunub?- Rəsmi açıqlama
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı