Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14064
az

MƏŞHUR FUTBOLÇU AVTOMOBIL QƏZASINDA ÖLDÜ

17:4601 İyun, 2019
978
KRİMİNAL
  • A
 “Arsenal”, “Real”, “Sevilya” klublarının və İspaniya yığmasının heyətində çıxış edən sabiq yarımmüdafiəçi Xose Antonio Reyes ölüb.

“Sevilya” klubunun “Twitter” hesabında yer alan xəbərə görə, 35 yaşlı futbolçu avtomobil qəzasında dünyasını dəyişib.

X.Reyes “Sevilya”nın uşaq komandasına 10 yaşından qoşulub, birinci komandada isə ilk debütü 16 yaşında olub.

2004-cü ildə ispaniyalı “Arsenal”a keçib və komandaya İngiltərə çempionatını qazanmaqda yardımçı olub. Daha sonra Reyes kirayə əsasında Madridin “Real” klubunda çıxış edib. 2007-ci ildə “Arsenal” onu “Atletiko”ya satdı və Reyes bu klubun heyətində iki dəfə Avropa Liqasının qalibi olub.

2012-ci ildə yarımmüdafiəçi “Sevilya”ya qayıdıb və daha üç dəfə Avropa Liqasının qalibi olub. Onun son klubu “Estremadura” olub. Yarımmüdafiəçi İspaniya yığmasının heyətində 21 dəfə meydana çıxıb, dörd qol vurub. 2006-cı ildə keçirilən Dünya Çempionatında iştirak edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda voleybolçu intihar etdi — FOTO
MƏŞHUR FUTBOLÇU AVTOMOBIL QƏZASINDA ÖLDÜ

Azərbaycanda Aliment Fondu yaradılacaq - VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Kabinetlərdə diş çəkilməsi və implant qadağan olunub?- Rəsmi açıqlama
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı