Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14022
az

Anası mənimlə yatsın, uşağını müalicə etdirim

20:1231 May, 2019
1307
CƏMİYYƏT
  • A
 Media mənsubu olan dostlarımızdan biri xeyirxah təşəbbüsdə bulunub və rəhbəri olduğu sayt vasitəsilə aksiya elanı verib: “Talassemiya xəstəsi olan balamızı xilas edək”… Ardınca da “facebook” səhifəsində paylaşım edib. Onlarla, yüzlərlə insan da şərh yazaraq öz mənəvi dəstəyini ifadə etməyə çalışıb.

Hərə bir formada, düşündüyü tərzdə, bacardığı şəkildə…

Elə bütün kritika da bu andan etibarən başlayıb. Və ya ortam qəfildən hamını şoka salacaq bir mənzərəyə hakim kəsilib. Daha dəqiq desəm: Anar Rəsulov adlı şərhçi öz lütfünü təklif etməklə bərabər bu lütfün kompensasiyasını da istəyib: “ Nə qədər lazımdırsa pul verərəm, amma uşağın anası bir gecəlik mənimlə yatsın…”

***

Səhifəyə uşağın rəsmi qoyulub. Ay parçasıdır. Gözləri həyat eşqi ilə yanır. İçində nələrin sızladığından isə xəbərsizik. Hər mənada. Hər anlamda! Fəqət , ümid var. Bir saman çöpündən yapışılacaq, dar nəfəslikdən dünyaya baxılacaq qədər də olsa var…

Yetər ki, hamı o gözlərə çox yox bircə dəfə evindəki körpəsinin gözləri kimi baxsın.

Yetər ki, övladımızın adi qripi, qızdırması varkən gecələr yatmadığımızı, səhərə qədər keşik çəkdiyimizi xatıarlayıb, bir də o ananın, o atanın Allah bilir bədbəxtliyin hansı qatında qərarlaşan iztirabını təsvir edə bilək…

Yetər ki, bir tiripaşlıq naminə kiminsə ad gününə, toyuna “saldığımız” yekə - yekə pulların, hər il kimsədən geri qalmamaq xətrinə düzənlədiyimiz Antaliya keyfinin, Şahdağ adrenalininin, pal - paltar xərcinin, qonşuya - qohuma acıq vermək üçün taxılan cüt - cüt briliantların 1 - cə faizini bu çiçək gözlü balamıza xərcləyə bilək…

Yetər ki, içimizdəki şeytana güc gələ bilək…

{banner_reklam}

***

Çox ağır xəstə uşaq görərkən tələsik evinizə qaçıb qızınızı, oğlunuzu bərk - bərk gucaqladığınız oldumu heç? Məndə oldu. Qucaqladım… Həm də dəfələrlə! Üstəgəl, Tanriya ünvanlanıb, min kəs, milyon kəs “bu günümüzə çox şükür”- deyib qucaqladım…
Amma bununla yetinməz ki…Hamının balası var. Bizlərin evdə isti yemək yeyən, rahat - rahat dərslərini edən, əyninə bərli - bəzəkli paltarlar geyinən, ayağı üşüməyən, normal qidalanan, sağlam olan balalarımızdan fərqli bir də… reanimasiya otaqlarında süni nəfəsə qoşulan, ən ağır xəstəlikləri üzərində gəzdirən, bu gündən sabaha ümidi olmayan “yavru”lar var…

Onları görməyincə, görməzdən keçincə, daha doğrusu bəsirət gözlərimiz onları görə biləcək qədər açılmayınca bu həyatda yaşam haqqı bizlərə halal deyil! Vallah ki, billah ki, halal deyil!

***

Dərddən böyük dərd var, əzizlərim!

Fəqət, övlad qarşısında gücsüz, çarəsiz qalmaqdan böyük dərd tanımıram mən!

Göz görə - görə öz qanından, öz canından olan birinin necə solduğunu, əridiyini, süzülüb getdiyini seyr etməkdən böyük dərd tanımıram mən…!

Ana deyib sarılan kiçicik barmaqların, ata deyib imdad diləyən köməksiz baxışların qarşısındakı acizlikdən böyük dərd tanımıram mən!

***

Şənbə günü hər biriniz gəlin. “Park Bulvar”a. Saat 10.00 - dan ta axşam saatlarına qədər. İmkanınız, pulunuz yoxsa ürəyinizlə, dualarınızla gəlin. Amma gəlin. Lütfən gəlin. 8 yaşlı İlhamə balamızı qoruyaq. Ölməsin İlhamə. Allah xətrinə, hər şey edək ki, o ölməsin….

***

Son sözüm isə sənədir Anar Rəsulov! – Bir gün anana, bacına, arvadına nəyinsə və ya kiminsə xilası üçün bir gecəlik yatmaq təklifi gəlsə heç təəccüblənib eləmə. Haqq etdin bunu. Əmin ol.. Allah enində - sonunda yaşadacaq sənə bu duyğuları… Bax o zaman İlhamənin anası ilə üzbəüz qalmanı, gözbəgöz qarşılaşmanı çox istərəm….

Bir gecəlik deyil, sadəcə bir saniyəlik… Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qışda kondisionerdən istifadənin zərərləri
Azərbaycanlı idmançı öldü - FOTO
Qəzada həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Raketin qalığı tapıldı— VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü