Qaynar xətt:

(+99450) 247 90 86

Əli Mirəliyev efirdə \'öldü\' - VİDEO

ŞOU-BİZNES

1573

04.05.2018, 16:40

\"\" Bu gün ARB telekanalının \"Səhər-səhər\" verilişində saxta yas mərasimi qurulub. Verilişin aparıcılarından olan müğənni Əli Mirəliyev \"ölü\" obrazı yaradıb. Aparıcı qibləyə tərəf uzadılıb və onun üçün mərsiyə oxunub. Verilişin qonaqlarından olan müğənni Dilarə Kazımova isə zarafatla \"gəlin bunun şərəfinə içək\" deyib. Digər qonaq isə mərasimin mollası kimi çıxış edib. Bütün bu məsələlərə tamaşaçılar sərt reaksiya göstərib.Onlar yaradılan şoudan şikayətlənərək, dinin belə oyuna çevrilməsinə etiraz ediblər.