![](https://oxu24.com/uploads/posts/2018-05/1525434275_1495268731-4489.jpeg)
Oxu24.com BakuPost-a istinadən xəbər verir ki, A. Şərifovun qardaşı oğlu yol qəzası nəticəsində həyatını itirib. Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Belə ki, mayın 2-də saat 13:00 radələrində Zahid Şərifov idarə etdiyi "Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna çırpıb.
Nəticədə Z. Şərifov və avtomobildəki Elçin Tağıyev hadisə yerindəcə ölüb, digər 2 sərnişin isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR