Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13806
az

Azərbaycanlı futboçu toy etdiyinə görə komandadan qovulub? — AÇIQLAMA

13:2727 May, 2019
568
CƏMİYYƏT
  • A
 
"Sabah" futbol klubunun sabiq qapıçısı Tərlan Əhmədlinin "Toyuma beş gün qalmış dedilər problem yaranıb, toyda yox, oyunda olmalısan" açıqlamasına qarşı tərəfdən cavab gəlib.

"Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov "Ölkə.Az"-a açıqlamasında bildirib ki, qolkiperə toy üçün icazə verilsə də, son anda ona ehtiyac duyulub:

"Məsələ tam göstərildiyi kimi deyil. Orada  başqa məsələlər də var. Əslində, Tərlan Əhmədlinin müqavilə müddəti bitmişdi. Rəsmi saytımızda da bu barədə açıqlama verdik ki, müqavilə müddətimiz bitdiyinə görə beş futbolçumuzla yollarımızı ayırmışıq. Futbol elədir ki, burada əvvəlcədən nəyisə planlaşdırmaq olmur. Hər bir peşəkar komandada 2-3 qapıçı olur. Elə alındı ki, komandamızın əsas və üçüncü qapıçıları zədələndi. Məcbur idik ki, qapıda kimsə dursun. Həmin vaxt başqa qapıçını hardan tapa bilərdik ki? Bəli, əvvəlcədən Tərlan Əhmədliyə toyuna görə icazə verilmişdi. Amma sonradan deyildi ki, əgər alınırsa toyu təxirə sal. O da bildirdi ki, mümkün deyil. Həmin vaxt ukraynalı qapıçı Dmitri Bezruk komandada baxışda idi. Yalnız onunla müqavilə bağladıqdan sonra problemi həll etmək mümkün oldu. "Keşlə" ilə oyunda da qapını məhz Bezruk qorudu. O ki qaldı Tərlanın məsələsinə, klubdan onun toyunda iştirak edənlər də oldu. Sadəcə, həmin vəziyyətdə bir təcrübəli qapıçı kimi onun köməyinə ehtiyacımız olduğu üçün bu müraciət edilmişdi.
Qeyd edək ki, T.Əhmədli Sportlife.az saytına müsahibəsində "Sabah"dan göndərilməsini toyunu təxirə salıb oyuna çıxmamağı ilə əlaqələndirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda yeni radiolar açılır
Əlilliyi olan şəxslər üçün yeni sənəd hazırlandı
“Dəyişiklik səndən başlayır!” ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsinə start verilib

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi