148 000 avro bəzi insanlar üçün həftəsonu və ya əyləncə dolu kaprizlərini təmin etmək, sağa-sola xərcləmək üçün pul vəsaitidir. Belə insanlar maddi baxımdan hər hansı sıxıntı yaşamır.
Balaca Teya Məmmədovanın isə sağ qalmaq üçün bu məbləğə ehtiyacı var. Onurğa beyinin transplantasiyası üçün məhz bu məbləğdə pul tələb olunur. Ancaq ailə üzvlərinin və yaxın qohumlarının bu qədər vəsaiti yoxdur.
Teyaya beta-tallasemiyanın ağır forması diaqnozu qoyulub.
“Həkimlərimizin tam savadsızlığına görə diaqnoz çox gec qoyulub. Teyanın halı pis idi, sümük deformasiyaları və daxili orqanların genişlənməsindən (gepatosplenomegaliya) əziyyət çəkirdi. Hazırda isə adi bir günümüz elə (əvvəlcədən donor axtarmaqla) qan köçürməsi, qan analizləri, tibbi müayinələr, dərmanların alınması şəklində keçir”, - deyə qızın anası Alina Qəhrəmanova bildirib.
Sözügedən xəstəliyin yeganə müalicə yolu onurğa beyinin transplantasiyasıdır. Ailənin yalnız donor məsələsində bəxti gətirib, onların kiçik oğlu Kamilin onurğa beyni ona uyğun gəlib. Uşağın valideynləri Romanın Aralıq dənizi Hematologiya İnstitutu yanında Talessemiya və Oraqşəkilli anemiya xəstələri üçün Beynəlxalq Transplantasiya Mərkəzinə müraciət edib.
Məlum olub ki, mərkəzə həmyerlimiz olan tibb elmləri doktoru Cavid Həziyev rəhbərlik edir. Həziyev mərkəzin Teyanı qəbul etməyə hazır olduğunu bildirib. Yeganə problem müalicənin qiymətinin həddindən artıq baha olmasıdır. Transplantasiya üçün 128 000 avro tələb olunub, reabilitasiya ilə bağlı əlavə xərclər isə 20 000 avro təşkil edir.
Biz oxucularımıza müraciət edib, balaca Teyaya müalicə olunmaqda kömək etməyə çağırırıq. Düzdür, məbləğ çox böyükdür. Ancaq “dama-dama göl olar” deyirlər, səylərimizi birləşdirməklə onun ailəsinə lazımi vəsaiti toplamaqda kömək edə, Teyaya həyat bağışlaya bilərik. Bu, qiymətsiz bir hədiyyədir və birləşsək, buna nail ola bilərik.
Qızın valideynləri Tofiq Məmmədov və Alina Qəhrəmanova ilə əlaqə nömrəsi: (+99450) 500 89 49. “WhatsApp” aktivdir.
Hesabların rekvizitlərini təqdim edirik:
Card to Card No (kartdan karta köçürmə üçün nömrə): 4244511501714293
PayPal (debet elektron ödəniş sistemi) istifadəçi adı:
[email protected] (ölkə bölməsində Gürcüstan göstərilməlidir, “family and friends” ayarı seçilməlidir, əks təqdirdə ianə edən şəxsdən köçürdüyü məbləğdən əlavə 6% tutulacaq)
MilliÖn-lə ödənişlər üçün :
AZN 380194400259298701
USD 381184000259298702
Alina Qəhrəmanova AZE15733649
MilliÖn: Açılan əsas menyuda “Banklar” bölməsi seçilir, daha sonra “Bank Respublika”nı seçib, 380194400259298701 hesab nömrəsini və 15733649 pasport nömrəsini daxil etmək lazımdır. Ardınca ianə ediləcək məbləği daxil etmək tələb olunur.
“Hesab.az” – “Banklar və Lizinq” kateqoriyası seçilir, daha sonra “Bank kreditləri”, ardınca “Respublika Bank” seçilir, orada 380194400259298701 hesab nömrəsini və 15733649 pasport nömrəsini daxil etmək lazımdır. Sonradan ianə ediləcək məbləğ və kartın rekvizitləri (kart sahibinin) daxil edilir.
BANK REKVİZİTLƏRİ
AZN Bank Details
Alanın Bankı: Bank Respublika ASC MXD
Kod: 505668
VOEN: 9900001901
M/h: AZ80NABZ01350100000000014944
SWIFT: BRESAZ22
Alan: Alina Qahramanova
IBAN: AZ59BRES00380194400259298701
USD Bank Details
Intermediary Bank: Deutsche Bank Trust Company Americas, New York, USA
SWIFT: BKTRUS33
Beneficiary Bank: Bank Respublika OJSC, Baku, Azerbaijan
SWIFT: BRESAZ22
Beneficiary: Alina Qahramanova
IBAN: AZ53BRES00381184000259298702
EUR BANK DETAILS
Intermediary Bank
CommerzBank AG
Frankfurt/ Main/Germany
SWIFT: COBADEFF
Beneficiary Bank
Bank Respublika OJSC
Baku/Azerbaijan
SWIFT: BRESAZ22
Alina Qahramanova
IBAN: AZ90BRES00381197800259298704
Oxu24.com
ŞƏRHLƏR