Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13803
az

Meqabaytsız da internetə girmək olacaq - KAPİTAL BANKDAN YENİLİK!

12:4327 May, 2019
926
İQTİSADİYYAT
  • A
 
BirBank-ı artıq meqabaytsız da istifadə etmək olar

Oxu24.com -a daxil olan  məlumata görə, Kapital Bank, BirBank istifadəçiləri üçün növbəti yeniliyi təqdim edir. Belə ki, Azercell və Bakcell abunəçiləri artıq balanslarında sıfır meqabayt olduqda belə smartfonları ilə tətbiqə daxil olub istifadə edə bilərlər. Həmçinin balansda meqabayt olduqda belə, tətbiqdən istifadə zamanı meqabaytlar çıxılmayacaq.

Kapital Bank-ın BirBank tətbiqini 500 000 nəfərdən artıq istifadəçi App Store və Play Store-dan yükləyib. Hazırda BirBank ölkəmizdə ən çox yüklənilən və ən çox istifadə edilən mobil bank tətbiqidir. iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.

İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, istənilən ödəniş kartı ilə onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə yalnız Kapital Bank-ın ödəniş kartlarını deyil, digər bankların kartlarını da əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s.

Bundan əlavə, BirBank-ın telefon kitabçasında olan, tətbiqi yükləyən digər istifadəçiyə pul göndərmək və ya ondan pul qəbul etmək kimi funksiyaları da mövcuddur. Yeni tətbiqdə Kapital Bank-ın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, kredit sifarişi və valyuta məzənnələrini izləmək mümkündür.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslərin pensiyalarıiki     dəfə       artırılacaq
Neftimiz     bahalaşdı
Pensiya artımları nə vaxt veriləcək?

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb