Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13802
az

Polis maskalı şəxslə bağlı əhaliyə müraciət edib

12:3427 May, 2019
723
KRİMİNAL
  • A
 

Mayın 20-də Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə Şəmkir  rayonunun Aşağı Seyfəli kəndində yaşayan G. Qasımovanın evinə girmiş 2 maskalı şəxsin onun əl və ayaqlarını bağlayaraq oradan 3000 rus rublu, bir ədəd mobil telefon və qızıl-zinət əşyalarını aparmaları barədə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən Oxu24.com-a  verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən həmin şəxslərin Samux rayon Qarayeri qəsəbə sakinləri 31 yaşlı Vəli Şəfiyev və onun tanışı,  əvvəllər məhkum olunmuş 28 yaşlı Yusif Kazımov olduğu müəyyən edilib. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər quldurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində satdıqlarını, əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər.

Həmin şəxslərin respublikanın digər şəhər və rayonlarında analoji cinayətlər törətmələri ehtimal olunduğundan istintaq-əməliyyat tədbirləri davam etdirilir.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü