Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13801
az

Köpək balığı 65 yaşlı kişini öldürdü

12:2327 May, 2019
600
DÜNYA
  • A
 
ABŞ-ın Maui adasında istirahət edən yaşlı kişi köpək balığının hücumuna məruz qalıb.

AzVision.az “The Guardian”a istinadən xəbər verir ki, 65 yaşlı amerikalı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Məlumata görə, Kaliforniya ştatından olan 65 yaşlı amerikalı sahildən 50 metr aralıda üzürmüş. Bu zaman ona yırtıcı köpək balığı hücum edib. Maui Rayon Yanğın və İctimai Təhlükəsizlik İdarəsi köpək balığının qurbanı olan kişini sahilə çatdırmaq üçün helikopter və su motoskileti göndərib.

Ancaq amerikalının həyatını xilas etmək mümkün olmayıb və hadisə yerindəcə keçinib. Hücumun baş verdiyi Kaanapali sahilində xəbərdarlıq işarələri yerləşdirilib.

Qeyd edək ki, bu, 2015-ci ildən etibarən Havay adalarında köpək balığı hücumu ilə bağlı baş verən ilk ölüm hadisəsidir. May ayının ortalarında isə köpək balığı Avstraliyada bir sörfçüyə hücum edib. Yırtıcı balıq idmançının ayağını bir neçə dəfə dişləsə də, sörfçü canını xilas edə bilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ bayrağı yoxa çıxdı
Britaniya şirkətləri Ermənistanla ehtiyatlı olmağı tövsiyə edib
Fransa Çaddakı son hərbi bazasını orduya təhvil verib

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb