Bakıda həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirən Yardımlı rayon sakini Əliyev Müsəddiq Qüdrət oğlu barəsində açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Oxu24.com -un məlumatına görə, M.Əliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq. Hələlik ilk iclasın vaxtı açıqlanmayıb.
Qeyd edək ki, cinayət işi üzrə qətlə yetirilən İmanova Ofeliya Bəhmən qızı ilə yanaşı onun tanışı Nəsirov Elvin Oqtay oğlu da zərərçəkən şəxs qismində tanınıb.
{banner_reklam1}
Xatırladaq ki, keçən il oktyabrın 30-da Qaradağ rayonu Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi ev 2A ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, Yardımlı rayon sakini, 1961-ci il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev qısqanclıq zəminində arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb.
Cinayəti törədən Müsəddiq Əliyev hadisədən sonra polisə gələrək təslim olub. O, ifadəsində arvadını xəyanət üstündə qətlə yetirdiyini etiraf edib.
Oxu24.com
ŞƏRHLƏR