Nərimonov rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub.
Daxili işlər naziri, generel-polkovnik Ramil Usubovun əmri ilə polis polkovniki İsmayıl Əsədov Nərimanov rayonunun rəisi vəzifəsindən azad olunub.
İ. Əsədov ölkənin tanınmış polis zabitlərindəndir. O, Bakının bir neçə rayonunda polis rəisi vəzifəsini tutub.
Onun işdən çıxarılması isə gözlənilməzdir. Çünki İsmayıl Əsədov Nərimanov rayonunun rəisi postuna bir il öncə təyin ounmuşdu. Eks-rəisin hansı vəzifəyə gətiriləcəyi hələ bilinmir.
{banner_reklam1}
Nərimanov rayon Polis İdarəsinin yeni rəisinin kimliyi yaxın günlərdə bilinəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl Criminal.az saytı İsmayıl Əsədovunun şou-biznes nümayəndələri və idmançılarla sosial şəbəkələrdə yayılmış şəkillərinə görə rəhbərlik tərəfindən xəbərdarlıq edilməsi barədə xəbər vermişdi. İ.Əsədovun müğənni Gülay Zeynalovanın həyat yoldaşı, idmançı Kamil Zeynallı və digərləri ilə ayrı-ayrı restoranlarda şəkilləri paylaşılıb. Bu isə polis rəhbərliyi tərəfindən yaxşı qarşılanmayıb.
(qafqazinfo)
Həmçinin oxu: Bu qadınlar XƏYANƏT edir - Yalnız KİŞİLƏR BAXSIN-VİDEOEfirdə biabırçılıq:Aparıcı qızı zorla soyundurdu- VİDEO 18+
Oxu24.com
ŞƏRHLƏR