Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13740
az

Uşaqlar gündə neçə dəqiqə cizgi filmi izləməlidir? - Psixiatr RƏYİ

23:1525 May, 2019
736
  • A
Uşaqların cizgi filmlərinə aludəçiliyi danılmazdır. Bir çox hallarda azyaşlılar televiziya kanalları ilə yanaşı komputer, noutbuk, planşet, mobil telefonlarda saatlarla cizgi filmləri izləyirlər. Bu hal uşaqlara necə təsir edir?

Oxu24.com tibb.az-a istinadən psixiatr, uzman həkim İkram Rüstəmovun bununla bağlı yanaşmasını təqdim edir:

Sırf Azərbaycan kanallarında yayımlanan cizgi filmlərini korreksiyadan keçirilir, həmin cizgi filmləri uşaq psixologiyasına pis təsir eləmir. Amma bir məsələ var ki, valideynlər uşaqlara gündəlik neçə dəqiqə cizgi filminə baxmağa icazə verirlər?! Əgər cizgi filmi davamlı olaraq yarım saat, 1-2 saat müddətində olacaqsa, onun uşaq psixologiyasına təsiri mənfidir. Uşaqlar kiçik yaşlarında valideynləri, dostları ilə ünsiyyətdə olmalı, cizgi filmlərinə az baxmalıdırlar. Cizgi filmlərin baxış müddəti 2 yaşında uşaqlar üçün 10 dəqiqə, 3-4 yaşlı uşaqlar üçün 15-20 dəqiqə arası, 5-6 yaşlı uşaqlar üçün isə 25-30 dəqiqə arası ola bilər. Cizgi  filminə baxdıqda isə valideyn uşağın yanında oturmalı və həmin cizgi filmi haqqında doğru məlumatlandırmalıdır. Uşağa o cizgi filminin nə istiqamətdə olduğunu öyrətməlidir.

Hazırkı Azərbaycan məkanında valideynlər işdə çox olurlar, çox yorulurlar, axşam evə gəldikdə uşaqlar valideynlərlə  ünsiyyətdən yayınır və valideynlər uşaqları televizor qarşısında oturdaraq özlərinə boş vaxt qazandırmağa çalışırlar. Bu isə uşaqlarda hazırda bir təsir göstərməsə də, bir neçə il sonra öz təsirini göstərəcəkdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müəllimlərin sertifikasiyası hələ də gecikir
Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır
Şok iddia: ABŞ indi ona terrorçu kimi baxır

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto