Arvadını boğaraq öldürməkdə təqsirli bilinən Müsəddiq Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Oxu24.com "
Ölkə.Az" -a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il oktyabr ayında Qaradağ rayonunda baş verib.
Rayonun Lökbatan qəsəbəsində yaşayan 58 yaşlı Yardımlı rayon sakini Müsəddiq Qüdrət oğlu Əliyev qısqanclıq zəminində arvadı, 44 yaşlı Ofeliya İmanovanı iplə boğaraq öldürüb.
{banner_reklam}
Cinayəti törədən Müsəddiq Əliyev hadisədən sonra polisə gələrək təslim olub. O, ifadəsində arvadını xəyanət üstündə qətlə yetirdiyini etiraf edib.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Digər xəbərlər: Dəhşətli görüntü! Yırtıcı quş göyərçini belə parçaladı-VİDEOEfirdə biabırçılıq:Aparıcı qızı zorla soyundurdu- VİDEO 18+ Oxu24.com
ŞƏRHLƏR