Binəqədi rayonunda üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb.
“Qafqazinfo”ya daxil olan məlumata görə, ilkin araşdırma zamanı həmin şəxsin 1972-ci il təvəllüdlü Naxçıvan MR, Şərur rayonu, Danzik kənd sakini Sadıqov Zahid Yaqub oğlu olduğu müəyyənləşib. Onun Binəqədi rayonu, Ə.Nəvai küçəsində yerləşən 9 saylı yataqxananın qarşısındakı kafedə tapılmış meyitinin üzərində zorakı xəsarətlər müşahidə olunub.
Məlumat əsasında hadisə yerinə baxış keçirilib, fotoşəkillər çəkilib, mərhumun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya (MTE və PA) ETT Birliyinin Binəqədi rayon şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR