ABŞ-ın Müdafiə Nazirliyi naməlum uçan obyektlər barədə araşdırma aparıldığını rəsmən təsdiq edib.
Redaktor.az-ın məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidmətindən açıqlama verilib. Bildirilib ki, “İnkişaf etmiş Aviasiya və Kosmik Təhdidlərin müəyyənləşdirilməsi” proqramı davam etdirilir:
“Nazirliyimiz, fəaliyyət sahəmizdəki bütün obyektlərin və onların təhdid səviyyələrinin müəyyən edilməsi üçün fəaliyyətini davam etdirir”.
Qeyd edək ki, “İnkişaf etmiş Aviasiya və Kosmik Təhdidlərin müəyyənləşdirilməsi” proqramının 2012-ci ildə dayandırıldığı güman edilirdi.
Oxu24.com
ŞƏRHLƏR