Gəncədə seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalmış 13 yaşlı qızın anası hüquq-mühafizə orqanlarına müraciət edib.
Oxu24.com Publika.az-a istinadən xəbər verir ki, şəhərin Cavadxan qəsəbəsində yaşayan 1972-ci il təvəllüdlü Nazlı Əliyeva (adlar şərtidir) şikayət ərizəsində yazıb ki, şəhər ərazisindəki parkda qızı, 2006-cı il təvəllüdlü Esmiraya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib.
Şikayətçi qadın seksual xarakterli hərəkətlər etmiş şəxsin adının Xalıq olduğunu bildirib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Hadisəni törədən şəxsin müəyyənləşdirilərək saxlanılması istiqamətind iş aparılır. Oxu24.com
ŞƏRHLƏR