Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
ABŞ kəşfiyyatı Rusiyanın daha bir münaqişədə iştirakını etiraf edib
Ukrayna Silahlı Qüvvələri Tokmaka Excalibur mərmisi ilə zərbə endirib, yaralılar var
Ukrayna lombardlara termal kamera və dronların satışını qadağan edib
BÜTÜN XƏBƏRLƏR
13536
az

Gəzintiyə getməyi təklif edən müəllimi vəhşicəsinə döydülər - YENİLƏNİB

13:4922 May, 2019
646
KRİMİNAL
  • A
 Daxili İşlər Nazirliyi Cəlilabadda döyülən müəllimlə bağlı məsələyə münasibət bildirib.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib.

Onun sözlərinə görə, rayonun Uzuntəpə kənd orta məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizov mayın 17-də Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə  müraciət edib:

“O, müraciətində mayın 16-da axşam radələrində bir qrup həmkəndlisi tərəfindən döyüldüyünü bildirib. Müraciət əsasında rayon Polis Şöbəsinin istintaq əməliyyat qrupu hadisə yerinə baxış keçirib.

Müvafiq ekspertiza təyin olunaraq rəyi alınıb və digər təxirəsalınmaz prosessual hərəkətlər icra olunub. Ekspertiza tərəfindən müəllimə yetirilmiş xəsarətlərin sağlamlığa yüngül zərərvurmaya aid olduğu müəyyən edilib”.

Orxan Mansurzadə bəzi mətbuat orqanlarında müəllimin qıza sataşması ilə bağlı yazılanlar barədə də danışıb.

O bildirib ki, araşdırma zamanı hər iki tərəfin izahatı alınıb:

“Müəllimin bir qrup şəxs tərəfindən döyülməsinə səbəb olan yeniyetməyə sataşmaq məsələsi öz təsdiqini tapmayıb.  Qarşı tərəf də müəllimin döyülməsini yaranmış əsassız şayiələrə inanmaları ilə izah edib və emosional olduqlarını bildiriblər. Tərəflər arasında barışıq əldə olunub”.

Faktla bağlı Cinayətlə Məcəlləsinin müvafiq maddəsi ilə iş qaldırılıb. Hazırda istintaq aparılır.

Cəlilabad Rayon Təhsil Şöbəsindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma gedir.

12:20

Mayın 16-da təxminən axşam saat 10:00 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşlı müəllim bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülüb.

Bu barədə Oxu.Az-a Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

İnsidentin görüntüsü bir müddət əvvəl “Facebook” sosial şəbəkəsində yayılıb. Zərərçəkən – həmin kəndin orta məktəb müəllimi, 1971-ci il təvəllüdlü Aqil Əzizovdur. Müəllim maşını ilə kəndə daxil olan zaman bir qrup yerli sakin onun yolunu kəsib.

Onlar A.Əzizovu avtomobildən düşməyə məcbur ediblər, sonradan yetkinlik yaşına çatmayan qızlara qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edərək, üzərinə hücum çəkiblər.

Nəticədə, A.Əzizov kəllə-beyin travması alıb. Bundan başqa, tibbi müayinə zamanı bədənində çoxsaylı qançırlar aşkarlanıb.

Bu arada, müəllim artıq Cəlilabad rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib. Faktla bağlı artıq üç nəfər saxlanılıb.

İlkin araşdırma nəticəsində məlum olub ki, doqquzuncu sinif şagirdləri A.Əzizovla birlikdə gəzintiyə getmək istədiklərini bildirib. Sonuncu şagirdlərinin bu təklifini dəstəkləyərək, gəzintiyə hazırlaşmağı tapşırıb.

Müəllimlə yeniyetmələr arasında söhbətin hansı formada aparıldığı hələlik məlim olmasa da, polisdən bildiriblər ki, müəllim tərəfindən hər hansı seksual xarakterli hərəkətlər olmayıb.

“Məktəbli qız evdə müəllimin kollektiv şəkildə gəzintiyə çıxmağı təklif etdiyini bildirib. Ancaq qızın qohumlarında müəllimin bu təklifi nədənsə şübhələr oyadıb. Bir sözlə, onlar heç bir şey aydınlaşdırmadan, müəllimin “dərsini vermək” qərarına gəliblər və onu linç ediblər”, - deyə polisdən bildiriblər.

Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi üzrə cinayət işi açılıb.

Xatırladaq ki, ötən ilin aprel ayında Cəlilabad rayonunun Muğan kənd məktəbində müəllimin xadiməni zorlamaqda ittiham edilməsi ölkədə böyük səs-küy yaratmışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil