Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13511
az

"ABŞ İrana qarşı müharibəyə BAŞLADI" - Suriya və İraqdan...

21:4121 May, 2019
5520
DÜNYA
  • A
 
 ABŞ İrana qarşı hərbi əməliyyatlara qismən başlayıb.

İraqlı ekspertlər bildirir ki, bir neçə gün əvvəl ABŞ qüvvələrinin Suriyanın Deyr əz-Zövr şəhərində İranın dəstəklədiyi silahlıları hədəfə alması buna işarədir. Həmin hadisədən sonra, Tehran İraqdakı “Haşdi-Şabi” qüvvələrinə amerikalı hərbçilərin olduğu ərazilərə zərbə endirmək üçün “hazır ol” əmrini verib. Bu üzdən analitiklər hesab edir ki, mümkün ABŞ-İran müharibəsi üçün ilk cəbhələr İraq və Suriya olacaq. Əvvəlcə Tehranın bu ölkələrdəki güc mərkəzləri vurulacaq. Təsadüfi deyil ki, Vaşinqton 2-ci dərəcəli bütün diplomatlarını İraqdan geri çağırıb. Bölgəyə 120 min amerikalı hərbçinin cəlb olunmasına qərar verilib. Maraqlısı budur ki, ABŞ İraq müharibəsi zamanı da bölgəyə məhz 120 min hərbçi cəlb etmişdi.

{banner_reklam}

Vaşinqtonla-Tehran arasında gərginliyin artdığı bir vaxtda Birləşmiş Ərəb Əmirlikləri sahillərində 4 neft tankerinin, Səudiyyə Ərəbistanında isə neft stansiyasının hücuma məruz qalmasını təsadüfi hesab etmək olmaz. Analitiklərin sözlərinə görə, bu hadisələrin arxasında güman edildiyi kimi İran deyil, İsrail dayanır. Vaşinqton region ölkələrinin Tehrana qarşı qəzəbini artırmaqla mümkün əməliyyatlar zamanı onların dəstəyini almaq istəyir. Bu, həm də İrana hücum üçün bəhanə ola bilər.



Ümumiyyətlə, son illər ərzində Vaşinqtonla İran arasında vəziyyət bu qədər gərgin olmamışdı. Ekspertlər hesab edir ki, müharibə başlayarsa, İran asanlıqla təslim olmayacaq. Çünki, Vaşinqtonla Tehran arasında uzun müddətdir gərginlik hökm sürür. Ola bilməz ki, bu qədər vaxt ərzində Tehran ABŞ-a qarşı gizli hərbi planlar hazırlamasın. Nəzərə almaq lazımdır ki, İraqda İranın dəstəklədiyi “Haşdi-Şabi” silahlıların sayı 120 mindən çoxdur. Suriyada isə 80 minə yaxın “Haşdi-Şabi” silahlısının olduğu iddia olunur. Belə vəziyyətdə, Rusiya, Türkiyə, İraq kimi region ölkələrinin ata biləcəyi addımları gözardı etmək olmaz. Şübhəsiz, bu dövlətlər də gərginlikdən faydalanmaq istəyir. Məsələn, ABŞ-ın diqqətini İrana qarşı cəmlədiyi bir vaxtda Türkiyənin Mənbicə hücum etməsi gözlənilməz olmaz. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, ABŞ-la İran arasında birbaşa baş verə biləcək müharibənin taleyini region ölkələrinin mövqeyi həll edəcəyik.

  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli görüntü: Piton ilanı su içən ceyranı diri-diri uddu
Meymunu 5 il boyunca makiyaj edib fahişə kimi satdılar
347 nəfərin olduğu təyyarə havada yandı - ŞOK VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ölənlər və yaralı var