Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1350
az

Bakıda sensasion əməliyyat: İş adamını ölü siçanla şantaj edənlər tutuldu

16:1403 May, 2018
1718
KRİMİNAL
  • A
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən məşhur sərinləşdirici energetik içkilərdən birinin Azərbaycan üzrə rəhbəri Məmməd və Fikrət adlı iki nəfərin istehsal etdikləri içkinin içərisindən guya ölü siçan çıxması barədə video çəkəcəkləri və həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə onu hədələdiyi barədə məlumat verib.

DİN-dən Oxu24.com-a verilən məlumata görə, həmin şəxslər bu böhtan xarakterli, həqiqətə uyğun olmayan videonun yayılmaması üçün şirkət rəhbərindən 50000 ABŞ dollar pul tələb ediblər.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxslər, Bakı şəhər sakinləri – Məmməd Abbasov və Fikrət Abdullayev şirkət rəhbərindən tələb etdikləri pulun 10000 ABŞ dollarını alan zaman saxlanılıblar. M.Abbasovun üzərində şəxsi axtarış aparılan zaman ondan hədə-qorxu gələrək aldıqları pul vəsaitləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər ifadələrində törətdikləri etiraf ediblər.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat tədbirləri davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı
Sevgilisinin xəyanətindən şübhələndi, qazini öldürdü - VİDEO
Azərbaycanda 15 yaşlı qız intihar etdi

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı