Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13441
az

Rayon maşınlarının Bakıya girişi qadağan edilir

09:2920 May, 2019
1070
CƏMİYYƏT
  • A
 
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının Arsenal-Çelsi futbol klublarının iştirakı ilə final oyununa tamaşa etmək üçün xarici dövlətlərdən paytaxtımıza gələcək çox saylı qonaqların, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi əlaqəli qurumlarla birlikdə zəruri tədbirlər həyata keçirilir.

Bununla əlaqədar Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə avtomobillərin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlara may ayının 27-dən 30-dək olan müddətdə, ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslardan istifadə etmək tövsiyə edilir.

Sumqayıt sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə edə bilərlər.

Xatırladırıq ki, Bakı şəhərinin giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş və mühafizə olunan ödənişsiz duracaqlar fəaliyyət göstərir. Paytaxta fərdi avtomobillərlə gəlmək məcburiyyətində qalan şəxslər avtomobillərini həmin duracaqlarda saxlayaraq xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə bilərlər.

Paytaxt sakinlərindən həmin müddət ərzində fərdi nəqliyyat vasitələrdən mümkün qədər az istifadə etmələri, xüsusilə Bakı şəhərinin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri tövsiyə olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü