Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13438
az

Azərbaycanlı cüdoçu ermənini məğlub etdi və qızıl qazandı

08:5520 May, 2019
697
İDMAN
  • A
 Mayın 18-19-da Orenburq şəhərində cüdo üzrə “Avropa Kuboku – 2019” yarışmasının növbəti mərhələsi keçirilib. 24 ölkədən 306 (193 oğlan, 113 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan 13 idmançı ilə təmsil olunub.

Oxu.Az xəbər derir ki, ölkəmizə yeganə medalı “Judo Club 2012”nin yetirməsi Murad Fətiyev (81 kq) qazandırıb. Mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz ilk görüşdə erməni əsilli rusiyalı idmançı Karegin Şahlamcyana, növbəti mərhələdə isə Avstriyanı təmsil edən Saif-İslam İslamxanova qalib gəlib.

1/4 finalda daha bir rusiyalı cüdoçunu - Pavel Berlini mübarizədən kənarlaşdıran Murad yarımfinalda portuqaliyalı Migel Alvesı məğlub edərək finala yüksəlib. Finalda cüdoçumuzun rəqibi rusiyalı Turpal Tepkayev olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanı Murad “ipponla” yekunlayıb və qızıl medala layiq görülüb.

Azərbaycan komandası əldə etdiyi bir qızıl medalla turnirdə ümumi hesabda beşinci pillədə yer alıb.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Özümə baxıb deyirəm ki, İranə, sən nə günə düşmüsən?”- Video
Bakıda keçiriləcək Dünya Kubokunun    iştirakçıları     bilindi
Adil Nağıyev ömürlük     futboldan    uzaqlaşdırıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb