Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13404
az

“Avroviziya-2019”un qalibi müəyyənləşib

03:1219 May, 2019
1552
ŞOU-BİZNES
  • A
İsrailin paytaxtı Tel-Əvivdə “Avroviziya-2019” mahnı müsabiqəsinin qalibi müəyyən edildi.

Oxu24.com -un  məlumatına görə, builki müsabiqənin birincisi Niderland təmsilçisi Dunkan Lorens (Duncan Laurence)  olub.

O, “Arcade” mahnısını ifa edərək həm münsiflərdən, həm də ki tamaşaçılardan ümumilikdə 492 xal qazanıb.

II yeri 465  xalla İtaliya təmsilçisi Mahmud (Mahmood) tutub, müsabiqənin üçüncüsü isə Rusiya təmsilçisi Sergey Lazarev olub – 369 xal.

Qeyd edək ki, İsraildə keçirilən 64-cü “Avroviziya” mahnı müsabiqəsində 41 ölkənin nümayəndələri iştirak edib. Birinci və ikinci yarımfinalda uğurlu nəticə göstərərək finala vəsiqə qazanan 26 ölkə - Malta, Çexiya, Rusiya, Danimarka, San-Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Hollandiya, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstriya, Almaniya, Albaniya və İspaniya nümayəndələri qələbə uğrunda mübarizə aparıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev finala qədər yüksələrək 20-ci nömrə altında “Truth” (Həqiqət) mahnısı ilə çıxış edib. O, 297 xalla 7-ci yerdə qərarlaşıb.

 {banner_reklam}
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aygün Kazımovanın qardaşı azadlığa çıxdı
Afaq Aslanla bağlı ŞOK SÖZLƏR - Nadir Qafarzadə elə danışdı ki...
Bakıda toyda inanılmaz anlar: Qız  açıq-saçıq geyimdə

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Kabinetlərdə diş çəkilməsi və implant qadağan olunub?- Rəsmi açıqlama
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı