Avstriya kansleri Sebastian Kurts Rusiya prezidenti Vladimir Putinin inauqurasiya mərasiminə qatılmayacaq.
Oxu24.com Rusiya mediasına istinadən xəbər verir ki, kansler buna səbəb kimi vaxtının olmamasını göstərib. Bu barədə federal kanslerin nümayəndəsi Sven Vaqner məlumat yayıb: “Xəbəriniz olsun ki, federal kanslerin vaxtı olmadığından inauqurasiya mərasiminə qatılmayacaq”.
Qeyd edək ki, martın 18-də keçirilmiş prezident seçkilərində qalib olmuş Putinin andiçmə mərasimi mayın 7-də olacaq. Oxu24.com
ŞƏRHLƏR