Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
134
az

"Aranızda kişi yoxdur?" davası qanla bitdi - Polis bıçaqlandı

09:1301 Aprel, 2018
1330
KRİMİNAL
  • A
Xocavənd rayonunda hadisə yerinə gedən polis əməkdaşı bıçaqlanıb.

Oxu24.com yenicag.az-a istinadən bildirir ki, Xocavənd rayonunda Fəxri adlı şəxs ailə üzvləri ilə dava etdiyi üçün onun atası Fikrət polisə müraciət edib. Polis hadisə baş verən yerə gəldikdə isə Fəxri daha da aqressivləşib və əlinə bıçaq alaraq onların üzərinə gedib. Bu zaman polis əməkdaşları kənara çəkiliblər. Fəxri polislər əməkdaşlarına "aranızda kişi yoxdur?", deyərək onları təhqir edib.

Orxan adlı polis əməkdaşı təhqirə dözməyərək Fəxrinin üzərinə yeriyib. Bu zaman Fəxri bıçaqla polis əməkdaşının qarın nahiyyəsinə bıçaqla zərbələr endirib. Polis əməkdaşı xəstəxanaya yerləşdirilib, əməliyyat zamanı Orxanın bir böyrəyi və dalağı çıxarılıb. Polis əməkdaşı hazırda Bakı şəhərində xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu deyilir.

Qeyd edək ki, Fəxri ilə bıçaqlanan polis əməkdaşı Orxan sinif yoldaşı olublar.

Hadisə ilə bağlı cinayət işi açılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Goranboyda 57 yaşlı kişi özünü asdı
88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı