Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13355
az

Qətlə yetirilən aftoritet "Emin 444" ailəli imiş, övladı olacaq

16:5017 May, 2019
2154
KRİMİNAL
  • A
 
Xəbər verdiyimiz kimi, mayın 9-da saat 23 radələrində Binəqədi rayonunun 6-cı mikrorayon ərazisində İ.Həşimov küçəsində Şərur rayon sakini, əvvəllər məhkum olunmuş 1995-ci il təvəllüdlü Həsən Tağıyev münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərova bıçaqla xəsarət yetirib.

Oxu24.com  xəbər verir  ki, Sonxeber.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Emin Səfərov bir neçə ay bundan öncə ailə həyatı qurub. Hətta körpəsi olacağı gözlənilir.

Qeyd edək ki, Binəqədi rayonunda törədilən, son illərin ən qəddar cinayət əməli ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirirlər. İstintaq-əməliyyat tədbirləri nəticəsində "Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov mayın 14-də həbs olunub.
Xatırladaq ki, Emin Səfərovun qətlində altı nəfər iştirak edib. 7-ci polis bölməsinin (Binəqədi rayonu) əməkdaşları qətli törətməkdə şübhəli bilinən – 24 yaşlı Naxçıvan sakini Tağıyev Həsən Mərdan oğlunu saxlayıb.

Ancaq mayın 11-də mərhumun qardaşı, Emin Massalinskinin qətlinə kimin sifariş verdiyini açıqlayıb.

Elçin Səfərovun sözlərinə görə, qətldən 10 gün əvvəl qardaşı və 6-cı mikrorayonda yaşayan sələmçi Zaur Yusifov arasında ciddi münaqişə meydana gəlib. Z.Yusifov Emin Səfərovu gəncləri yoldan çıxarmasına biganə qalmayacağına xəbərdar edib. İddia olunur ki, Eminin qətlini Zaur Yusifov sifariş edib:
"Qətl gecəsi Emin idmançı dostları ilə maşında olub. Avtomobilə Zaurun atası Əli Yusifov yaxınlaşıb və qardaşımla söhbət etmək üçün onu bir kənara çəkilməyə çağırıb. Emin hər hansı təhlükə hiss etmədiyindən, dostlarını buraxıb. O tək qalanda üzərinə altı nəfər hücum çəkib", -deyə Elçin Səfərov bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü
17 yaşlı qız faciəvi şəkildə öldü
17 yaşlı qız faciəvi şəkildə öldü

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü