Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13311
az

İlanlar Bakı kəndlərinə hücuma keçdi: 4 nəfər xəstəxanalıq oldu

20:1716 May, 2019
1215
KRİMİNAL
  • A
 Bakının ətraf kəndlərindən 4 nəfəri ilan sancıb.

Bunu News24.az-a açıqlamasında baş toksikoloq, Bakı Şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda aprel-may aylarında 11 nəfəri ilan sancıb:  “İlan sancması ilə bağlı aprel ayında 6, may ayının əvvəllərində isə 5 müraciət daxil olub. Ümumiyyətlə isə müraciətlər zəhərli gürzə, əqrəb, hörümçəyin növü olan qara qurdla bağlı olur. Əqrəb sancması ilə bağlı aprel ayında 3, mayda isə 1 müraciət daxil olub. Qara qurd sancması ilə bağlı müraciət daxil olmayıb”.  

Baş toksikoloq onu da bildirdi ki, ilan sancmaları Bakı ətrafı kəndlərdə və regionlarda baş verib: “Sancmalarla bağlı bizə müraciət edənlərdən 2 nəfər Ağcabədi və Hacıqabuldan rayonundan, digər 4 nəfər Bakının ətraf kəndlərindəndir. May ayında isə Tovuzdan 18 yaşlı gənc, Bərdədən bir nəfər ilan sancması ilə bağlı müraciət etmişdi”.

 A.Maqsudov sahələrdə çalışan insanlara diqqətli olmağı çağırır: “Əsasən kənd təsərrüfatı işləri ilə məşğul olan insanlar, meşəyə, çay kənarına çıxanlar diqqətli olsunlar. Rezin əlcəklər, uzunboğaz çəkmələr geyinmək lazımdır. Əgər hadisə baş veribsə, mütləq zədələnən ətrafları hərəkətsiz vəziyyətə gətirmək lazımdır. Həmin yeri yodla silmək lazımdır. Mütləq yaxınlıqda olan tibb müəssisəsinə gedib, müayinədən keçərək zərdab vurdursunlar”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda 54 yaşlı kişinin meyiti aşkarlandı
Bərdədən ACI XƏBƏR -Ölən və yaralananlar var FOTO
Bakıda DƏHŞƏT: 4 dostun meyiti tapıldı

Panda qarışqası haqda maraqlı fakt

18+

Deputat turisti zorladı
Avtobusda qəfil yaddaşını itirdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Yaddaşı gücləndirmək üçün bunları yeyin!
Bakıda pula görə qətl törədən şəxsə hökm oxunub