Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13299
az

ABŞ və İsrail İranla müharibəyə qərar verdi - Azərbaycanlı eks-nazir DƏHŞƏTLİ SSENARİNİ AÇDI

15:1416 May, 2019
2931
DÜNYA
  • A

“Hesab edirəm ki, ABŞ-İsrail cütlüyü İrana qarşı hərbi əməliyyata başlamaq qərarını artıq veriblər. Əgər bu qərar verilibsə, o halda İranın hər hansı bir formada yumşalması hərbi müdaxilənin qarşısını ala bilməyəcək”.

Oxu24.com   xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov son günlərdə gərginliyin pik nöqtəsində olan ABŞ-İran münasibətlərinə şərh edərkən deyib.


F.Yusifov bildirib ki, İran ABŞ münasibətlərində yaranmış gərginlik getdikcə dərinləşir: “İran rəsmiləri deyəsən yersiz hədə-qorxunun faydasız olduğunu və vəziyyətin gerçəkdən ciddi şəkil aldığını dərk etməyə başlayıblar. Son günlər onların davranışında yumşalmanın əlamətləri görünməyə başlasa da ortada olduqca təhlükəli bir vəziyyət yetişməkdədir. Hesab edirəm ki, ABŞ-İsrail cütlüyü İrana qarşı hərbi əməliyyata başlamaq qərarını artıq veriblər. Əgər bu qərar verilibsə, o halda İranın hər hansı bir formada yumşalması hərbi müdaxilənin qarşısını ala bilməyəcək”.

Sabiq maliyyə nazirinin sözlərinə görə, İran hərbi münaqişədən nə qədər qaçmağa çalışsa da, onu bu münaqişəyə zorla çəkəcək yollar tapılacaq: 

{banner_reklam}

“Bundan öncə ABŞ bir çox ölkələrə, o cümlədən İraqa, Əfqanıstana da müxtəlif bəhanələrlə hərbi müdaxilə etmişdi. Əgər hərbi münaqişə baş verərsə, bu, regionda ölçüsü olmayan humanitar fəlakət yaradacaq. Unutmayaq ki, güclü iqtisadiyyatı və kifayət qədər böyük maliyyə resursları olan ölkəmiz 30 ilə yaxındır ki, bir milyona qədər qaçqınlarımızın problemlərini hələ tam çözüb qurtara bilməyib. İranda 80 milyon insan yaşayır ki, bunun da yarsına qədəri azərbaycan türkləri - yəni bizim qardaşlarımızdır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AZAL təyyarəsi ilə bağlı hər şey məlum oldu – Moskvaya “həqiqəti gizlətmə” mesajı
Zukerberq süni intellektlə bağlı böyük planını açıqladı: 65 milyard dollar...
Dayanacaqda qumbara tapıldı, ərazi mühasirəyə alındı - Moskvada

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib