“Maqnit qasırğası nəticəsində Yer kürəsində ciddi fəsadlar baş verməyib”.
Bunu Günəşdə baş verən maqnit qasırğası ilə bağlı Redaktor.az-a açıqlamasında Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirib.
Onun sözlərinə görə, qasırğa may ayının 13-dən 14-nə keçən gecə baş verib:
“Günəşdə baş verən maqnit qasırğası impuls şəklində olub. Ən güclü vaxtı 14-ü günorta saatlarında yaşanıb. Hazırda Günəşdə tam sakitlikdir. Yer səthində təlatüm prosesi tam dayanıb. Bildiyim qədərilə, maqnit qasırğası nəticəsində ciddi fəsadlar baş verməyib. 5 ballıq şkalada gücü 3 bal olub. Bu, kifayət qədər güclüdür. Son 2 ildə ən güclü maqnit qasırğalarından biri sayılır.
Hər 11 ildən bir Günəşdə maqnit aktivliyi maksimum olur. Minimum həddən yavaş-yavaş çıxdıqca, ilk günəş sistemində ləkələr meydana gəldi. Güclü maqnit sahələrinin qısa qapanması nəticəsində güclü alışmalar olur. Budəfəki qasırğa yerə tuşlanmış şəkildə olduğuna görə, planetin maqnit sahəsini silkələdi”.
Qeyd edək ki, ötən gün Günəşdə güclü maqnit qasırğası olub. Bu, son 1,5-2 il ərzində ən güclü qasırğa sayılır.
Oxu24.com
ŞƏRHLƏR