Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1327
az

Günün qoroskopu: münaqişəyə yol verməyərək münasibətləri qoruyun

00:1403 May, 2018
2033
CƏMİYYƏT
  • A
Qoç - bəzi xoşagəlməz söhbətlər olacaq. Səhvlərinizi və yanlışlıqlarınızı, düşünülməmiş addımlarınızı etiraf etmək məcburiyyətində qalacaqsınız. Bağışlanacağınızı düşünməyin. Böyük xərclər, maliyyə itkiləri istisna deyil.

Günün ikinci yarısında ciddi məbləğdə gəlirlər olmayacaq.

Yalnız ərzaq məshulları və ya gündəlik tələbat malları ticarəti ilə məşğulsunuzsa, işlərinizdə irəliləyişlər olacaq.

Axşam saatlarına yaxın səhhətinizdə problemlər istisna deyil. Xroniki ağrıların kəskinləşməsi ehtimalı var.

Fiziki yükü minimuma endirin. Qüvvənizə qənaət edin.

Buğa - yaxın ətrafınızdakı insanların sözlərinə fikir vermədən işinizi davam etdirin. Əvvəlcədən hazırlanmış plandan kənara çıxmayın. Məqsədə, hədəfə doğru aparan yoldan sapmayın. Çoxdankı müttəfiq və tərəfdaşlarla işgüzar münasibətlər harmonik olacaq. Yeni tərəfdaşlar isə sizi sinirləndirəcək, qıcıqlandıracaq.

Günün ikinci yarısında maliyyə fonu stabildir. Bədxərclik etməyin.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq. Yaxınlarınızdan biri ilə bağlı önəmli məlumatı axşam saatlarında alacaqsınız.

Əkizlər - peşəkar fəaliyyət müstəvisindəki məsələlərlə bağlı danışıqlar aparmaq üçün əlverişli zamandır. Uzaqdan gəlmiş adamlarla cari məsələləri nəzərdən keçirin. Bizneslə məşğul olursunuzsa, fəaliyyət dairəsini genişləndirə bilərsiniz. Yeni bazarlara çıxış şansı var. Bunun üçün qətiyyət və yaxşı düşünülmüş planla bahəm kapital qoyuluşuna da ehtiyac duyulur.

Günün ikinci yarısında işdə həmkarlarla münasibətləri yaxşılaşdırın. Ümumi ab-havada müsbət dəyişikliklər ola bilər.

Şəxsi münasibətlərdə hər şey yaxşı deyil. Adi günlərdən fərqli olaraq yaxınlarınızla münasibətlərdə problemlər yaranır. Emosional vəziyyətdə dediyiniz sözlər dəyər verdiyiniz insanın xətrinə dəyə bilər.

Xərçəng - yalnız öz qüvvənizə və potensialınıza bel bağlayın. Kimsə sizə dəstək və yardım vəd edirsə, köməyin vaxtında olacağını düşünməyin. Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər. Həmin vaxtlar mühüm və vacib işlərin görülməsi üçün əlverişli deyil.
Yaxınlarınızla təmaslarda qayğıkeş, səmimi olun. Hiss və niyyətlərinizi onlardan gizlətməyin. Belə davranış təbii ki, münasibətlərdə harmoniya yaratmır. Amma təmaslarda mübahisələrə də səbəb olmayacaq.

Maliyyə fonu uğurludur. Gəlirlər üstün deyil.

Şir - uğura nail olmaq istəyirsinizsə, zərərli vərdişlərinizə və zəifliklərinizə qalib gəlin. Tənbəllik etməyin, işləri ertələməyin. Yalnız sizi maraqlandıran işlərlə məşğul olmayın. Bəyəndiyiniz adamlarla yanaşı, işlərinizdə faydalana biləcəyiniz insanlarla da ünsiyyətdə olun. Vaxtınızı hədər yerə keçirməyin.Təbii, belə işlər darıxdırıcı təsir bağışlaya bilər. Fəqət, əksi olarsa, qarşınıza qoyduğunuz məqsədlərə çata bilməyəcəksiniz.

Asan gəlir vəd edənlərə inanmayın.

Yalnız yaxşı çalışsanız, maliyyə fonunda dəyişikliklər ola bilər.

Səhhətinizdə kiçik problemlər istisna deyil. Amma sağlamlığınız ciddi təhlükə qarşısında olmayacaq. Emosional fon stabil deyil. Əhvalınız tez-tez dəyişəcək.

Qız - birgə layihələrin şərtlərini aydınlaşdırmamış tərəfdaşlığa razılaşmayın. Çalışacağınız insanları tanıyın, onların gerçək niyyətləri və yaxın gələcəklə bağlı planlarına bələd olun. Adi günlərdən fərqli olaraq bu gün sizi aldatmaq, tora salmaq daha asandır. Bədxahlar və rəqiblər də bundan yararlanacaqlar.

Günün ikinci yarısı romantik görüş, qeyri-rəsmi şəraitdə müzakirələr üçün əlverişlidir. Şəxsi münasibətlərdə təşəbbüsukar olun. Axşam saatlarında gəzinti və ekskursiya əhvalınızı yaxşılaşdıracaq. Yeni tanışlıqlar istisna deyil.

Tərəzi - sakitlik, konkretlik və aydınlığa can atsanız da, onlara nail ola bilməyəcəksiniz. Sürprizlər çox olacaq. Gözlənilməz hadisələr arasında xoşagələnlər az deyil, amma sizi pərişan edəcək olaylar da var.
Maliyyə fonu uğurlu deyil.
Xərcləri azaldın, nəzərdə tutulmamış alış-verişdən imtina edin.
Günün ikinci yarısı yaşlı qohumlarla ünsiyyət üçün əlverişlidir. Onların yaşam təcrübəsi və müdrikliyi sizə səhvlərdən qorunmağa yardım edəcək.
Yaşıdlar və yaşca sizdən kiçik olanlarla təmaslarda çətinliklər olacaq.
Axşam saatlarında kiçik travmalar və zədələr ola bilər.

Əqrəb - işgüzar fəaliyyət və şəxsi münasibətlərlə bağlı problemləri qarışdırmayın. Problemin həllində müəyyən rol oynaya biləcək insanla təmaslarda ehtiyatlı olun. Birgə çalışdığınız insanlarla təmaslarda qayğıkeş, həssas olmağa çalışın.

Günün ikinci yarısı işgüzar səfərlər, yeni layihəyə başlamaq, anlaşma və sövdələşmələr üçün münasibdir.

Şəxsi münasibətlərdə köklü dəyişikliklərin yaşanacağını düşünməyin. Situasiyanın nəzarətdən çıxmasına imkan verməyin. Köhnə dostlardan biri özünü xatırladacaq. Ondan gələn xəbərə sevinəcəksiniz.

Oxatan - müəyyən işlər nəzərdə tutduğunuz kimi getmirsə, narahat olmayın. Günün gözlənilməz hadisələri və sürprizləri mənfi təmayüllərin təsirini gücləndirməyəcək.

İşgüzar məlumatı vaxtında almağa çalışın. Sərfəli anlaşma və ya müqaviləyə nail ola bilərsiniz. Rəqibləri qabaqlamağa can atın. Gəlirlər istisna deyil.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə harmoniya yaradın. Münaqişə yaratmayın. Əks təqdirdə əlaqələri bərpa etmək üçün xeyli səy göstərməli olacaqsınız.

Oğlaq - çoxdan başladığınız işi bitirmək şansı yaranıb. Uzun müddətdən bəri səylə çalışdığınız və həll etməyə can atdığınız məsələni çözün. Köhnə işgüzar əlaqələrin bəzilərinin bərpası istisna deyil. Bu proses qarşınızda yeni üfüqlər, yeni imkanlar yaradır.

Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanlar, dövlət qurumlarının nümayəndələri ilə kəskin mübahisələr arzuolunmazdır.

Səfərə yollanarkən məqsədi bəlirləyin, kiminlə yola düşəcəyinizi dəqiqləşdirin. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə ciddi problemlər yaranmayacaq.

Dolça - yaranan problemlərin həllinə yaradıcı yanaşsanız, uğurlara nail olacaqsınız. Səhvlər və yanlışlıqlardan tam qurtulmaq mümkün olmasa da, çətinliklərdə xeyir var. Addım, əməl və qərarlarınızın motivləri əksər hallarda yaxın ətrafınızdakı insanlara aydın deyil. Onlar sizi "düz yola gətirməyə" çalışır, məsləhətlər verirlər. Sakit, təmkinli olun. Soyuqqanlı davranış bir sıra münaqişələrin qarşısını almağa imkan verəcək.

Günün ikinci yarısında evdə kiçik anlaşılmazlıqlar yarana bilər. Ailə üzvləri və ya yaxınlarınızdan biri ilə mübahisə yaranacaq.

Ciddi münaqişəyə yol verməyərək münasibətləri qoruyun.

Balıqlar - gözlənilməz təsadüflər və olayların əlverişli məcrada inkişaf etməsi nəticəsində qarşınızda yeni imkanlar yarana bilər. Həmfikir və dostlar taparaq nüfuzlu insanların dəstəyini ala bilərsiniz. Yeni tanışlıqlar və münasibətlərdə tələskənliyə yol verməyin. Düşünülmüş qərarlar faydalıdır.

Günün ikinci yarısında planlaşdırılmamış xərclər, ciddi maliyyə itkiləri ola bilər. Alış-verişdə çox pul xərclməyə dəyməz. Məsrəflərin məqsədəuyğunluğuna qəti əmin olmadan məsrəflərə yol verməyin. Maliyyə məsələlərində başqalarının təkidli, israrlı təkliflərinə və məsləhətlərinə qulaq asmayın.
 


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günün ULDUZ FALI -Subayları romantik görüş gözləyir
Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ