Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1326
az

Astmanın dərmanı: şam qozasının mürəbbəsi - HAZIRLANMA QAYDASI

23:5802 May, 2018
2776
MARAQLI
  • A
Əksəriyyətimizin əyləncə, bəzək əşyası kimi baxdığı şam ağacı qozası əslində sağlamlıq üçün çox faydalıdır. Təzə şam ağacı qozaları hələ qədim zamanlardan astma, bronxit, soyuqdəymə, oynaq xəstəlikləri zamanı geniş istifadə olunur. Şam qozası fitonsid maddələrlə olduqca zəngindir. Bu maddələr orqanizmə iltihab və mikrobəleyhinə təsir edir, immun sistemini gücləndirir. Bundan əlavə şam ağacının qozalarında çox nadir və qiymətli "tanin" maddələri var ki, onlar insult zamanı beyin hüceyrələrinin ölməsini xeyli ləngidir.

Şam qozaları dəmləmə şəklində istifadə olunur. Bundan başqa ondan mürəbbə də hazırlanır. Milli.Az ailem.az-a istinadən şam qozası mürəbbəsinin hazırlanma qaydasını təqdim edir. Resepti həkim Mahir Orucov şəxsi facebook səhifəsində paylaşıb.

Qeyd edək ki, şam qozalarının əsasən may ayının sonunda, təzə-təzə yığılması məsləhətdir.

Qozalar təmiz yuyulur, dörd yerə bölünür.

Üzərinə çıxana qədər qaynar su tökülür və 10 saat ağzı bağlı saxlanılır. Sonra qaynadılır, yenə 10 saat soyudulur. Bu proses 3 dəfə təkrarlanır. Sonda qozaların yığıldığını görəcəksiniz. Qozaları sudan çıxarıb atın, suyuna uyğun - 1 litrə 1 kq şəkər tozu əlavə edin, təxminən bir saat bişirin. Yəni bu mürəbbənin ancaq suyu bəhməz kimi istifadə olunur.

Mürəbbə dərman qədər təsirli olduğundan gün ərzində sadəcə 1-2 qaşıq çaya, suya əlavə edib içmək olar.

Şam qozasının mürəbbəsi öskürəyə, ciyərlərə, bronxlara olduqca xeyirlidir, hətta astma xəstəliyini müalicə edir.
 
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Astmanın dərmanı: şam qozasının mürəbbəsi - HAZIRLANMA QAYDASI
Çayın dəmlənilmə və içilmə qaydası
Hacıdan şok açıqlama: “Hamısı keçmiş həyat yoldaşlarımdır” – FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ