Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda qısqanc kişidən dəhşətli əməl - Başına bıçaq soxdu

KRİMİNAL

551

15.05.2019, 12:36

\"\"  Bakıda qısqanclıq zəminində bıçaqlanma baş verib. Oxu24.com -un  məlumatına görə, BAKU.WS xəbər verir ki, hadisə mayın 13-də saat 15:45-də qeydı alınıb. Belə ki, Masallı rayon sakini 1986-cı il təvəllüdlü Teymur Bəyağa oğlu Ağayev qısqanclıq zəminində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Ə.Yaqubov küçəsi 1 ünvanın qarşısında Cəlilabad rayon sakini 1978-ci il təvəllüdlü Elşad Dünyamalı oğlu Hüseynova biri daxilə nüfuz etməklə ümumilikdə baş və kürək nahiyəsinə 5 bıçaq zərbəsi vurub. Nəticədə Elşad Hüseynov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Səbail rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanıb. Cinayəti törədən Teymur Ağayev qaçıb gizlənib. Teymur Ağayevin tutulması istiqamətində əməliyyata başlanıb.