Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13214
az

Vatsapdan yayılan QORXUNC TƏHLÜKƏ - Qaşıqçını da belə yaxalayıblar

20:5814 May, 2019
781
  • A
İsrailin "NSO Group" firmasının ərsəyə gətirdiyi "Peqasus" adlı casus mobil tətbiq Vatsap proqramından istifadə edən bütün telefonlara "bulaşır".

Oxu24.com xəbər verir ki, casus tətbiqi Vatsap platformasından istifadə edən bütün cihazlara hakerlər tərəfindən uzaqdan yerləşdirmək mümkündür.

Vatsapın mətbuat katibi də bu tətbiqin zəng funksiyası vasitəsilə, sadəcə cavabsız zənglər yolu ilə telefonlara sıza bildiyini təsdiq edib.

Tətbiqin nə qədər insana göndərildiyi məlum deyil. Yalnız şirkət istifadəçilərin seçilərək hədəf alındığını açıqlayıb.

"NSO Group" isə məsələ ilə bağlı açıqlama verməyib.

İsrail şirkətinin ərsəyə gətirdiyi mobil tətbiqin adına İstanbulda qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayətində də rast gəlinir.

Toronto Universitetinin "Citizen Lab" qurumu Səudiyyə Ərəbistanın "NSO Group"dan aldığı casus tətbiqi vasitəsilə Camal Qaşıqçını izlədiyini ortaya çıxarmışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürəkdə sancı, iynə, bıçaq batırma hissi– Səbəblər, müalicə
Kanada ağır şərtlər altında -Tramp başqa şan vermir
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Dəm qazı daha bir       can      aldı