İsmayıllıda arvadı intihar edən Seyhunun keçmiş həyat yoldaşı onun haqqında şok ifadələr səsləndirib.
Oxu24.com xəbər verir ki, 40 günün gəlini olan Vüsalənin sözlərinə görə, Seyhunun psixoloji problemləri olub və ona müxtəlif işgəncələr verib:
"Toydan əvvəl bəyənib aldığı donları gecə zorla öz əyninə geyinib, güzgüdə baxıb həzz alırdı. Güzgüdə öz-özünə danışırdı. Siçanı öldürüb mənə deyirdi ki, bu siçanın başını qopardığım kimi sənin də başını qopararam".
Seyhun keçmiş həyat yoldaşını toy gecəsi bakirə çıxmadığı üçün boşadığını bildirib. Lakin Vüsalə bu iddiaları rədd edib:
"Əgər hər şey onun dediyi kimi idisə, niyə toyun səhəri məni gətirib evimizə qoymadı. O, yalan danışır. Mənə etdiklərini Mahirəyə də edib. Mən canımı qurtara bildim, o isə yox".
Qeyd edək ki, İsmayıllıda intihar edən 5 ayın gəlini Mahirə Hüseynovanın ailəsi onun ölümündə həyat yoldaşını ittiham edib. Onlar bildiriblər ki, qızlarının əri Seyhun həddindən artıq qısqanc olub.
İnanılmaz anlar: Zebra ona hücum edən aslanı dişləyib ölümcül etdi
Ailə üzvləri Mahirənin intihar həddinə çatdırıldığını, yaxud öldürüldüyünü idda ediblər. Bu barədə Space TV-də yayımlanan "Gəl, dərdini danış" veriliində məlumat verilib. Efirdə intihar edən gəlinin toyundan kadrlar nümayiş etdirilib. Kadrlarda diqqət çəkən məqamlar gözdən qaçmayıb. Xüsusən Mahirənin ərinin qısqanclığı, ona toyda oynamağa icazə verməməsi və toyu yarıda tərk etmələri hər kəsin diqqətini cəlb edib.
Həmçinin oxu: 21 yaşlı oğlan 8 yaşlı qonşusuna təcavüz etdi və... - Azərbaycanda RÜSVAYÇI OLAYMahirənin dayısı "Gəl dərdini danış" verilişində mərhuma zülmlər verildiyini iddia edib:
"Hamımız Mahirə gəlin köçəndən sonra İvanovkaya qonaq getdik. Ancaq mən oğlanı ora gələn görmədim. Çıxdım gördüm, çöldə bir cavan uşaqla oturub. O, dayanan yerdən də evinin içinə - qadınlar oturan yerə giriş var idi. Sanki orada mühafizəçi kimi oturmuşdu ki, bu qız çölə çıxmasın".
{banner_reklam}
Xatırladaq ki, ötən ay İsmayıllı rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonun İvanovka kəndində qeydə alınıb.
Bir neçə ay öncə rayonun Qaraqaya kəndindən İvanovka kəndinə gəlin köçən 2001-ci il təvəllüdlü Mahirə Hüseynova yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Gənc qadının özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil.
İlkin ehtimala görə, M.Hüseynova ailə münaqişəsi zamanı əsəbiləşərək intihar edib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Mövzu ilə bağlı videonu təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR