Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13140
az

Bakıda məktəbli özünü binadan atdı

15:5713 May, 2019
488
  • A
 
Bakıda məktəblinin yıxılması barədə yayılan məlumatlara rəsmi münasibət bildirilib.

Bakı şəhəri 273 nömrəli tam orta məktəbdən  verilən məlumata görə, mayın 13-ü tənəffüs zamanı, saat təxminən 11:20 radələrində məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb və bədəninin müxtəlif nahiyələrindən zədələr alıb. Dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bakı Şəhər Təhsil İdarəsindən ONA-ya bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Qeyd olunub ki, təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi tədbirlər görülür. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı