Meksikanın Otumba şəhərində maraqlı festival keçirilib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, minlərlə turist eşşəklərə həsr edilmiş festivala qatılmaq üçün Otumbaya üz tutub. Festivalda eşşəklərə karnaval kostyumları geyindirilir, onların yarışı keçirilir. Bu cür tədbirlərin təşkilinə səbəb isə heyvanlara diqqətin artırılmasını təmin etməkdir.
Eşşəklərə həsr edilmiş festival da onların məhv olmasının qarşısını almaq üçün keçirilib.
Oxu24.com
ŞƏRHLƏR