The Mirror” mobil telefon istifadəçilərinə maraqlı bir məsləhət verib: Telefonunuzu gecələr, özünüz yatanda elektrik şəbəkəsinə qoşmayın.
Telefon batareyalarının enerji ilə doldurulması üçün ən münasib vaxt özünüzün oyaq, telefonun isə istifadəsiz olduğu vaxtdır.
"The Mirror” yazır ki, əksər adamlar telefon batareyasının doldurulmasını gecə saatlarına saxlayırlar. Bu isə kökündən yanlışdır.
İstehlakçılıq eksperti Dominic Littlewood bildirir ki, batareyaların telefon sahibinin yatdığı saatlarda doldurulması yanğın təhlükəsi yaradır. Ələlxüsus da elektrik şəbəkəsinə qoşulu telefon yatağınızdadırsa.
Ekspert bildirir ki, şəbəkədə olan telefonların qızması yorğan-döşəyə od sala bilər.
Littlewood yarızarafat deyib ki, yatmazdan əvvəl telefonunuzu heç olmasa mətbəxdə tavanın içinə qoyun.
Bu da həqiqətdir ki, telefonun lazım olduğundan daha uzun müddət şəbəkədə olması onun batareyalarını vaxtından əvvəl sıradan çıxara bilər.
Kompüter məsləhətçiləri isə tövsiyə edirlər ki, telefonun batareyasını heç vaxt "ağzınadək” doldurmayın.
Onların fikrincə, telefonun vaxtaşırı 100 faiz doldurulması batareyaların ömrünü qısaldır. Oxu24.com
ŞƏRHLƏR