İşğal altında olan Qarabağda Ermənistan Silahlı Qüvvələrinin qanunsuz hərbi hissələrinin birində xüsusi təyinatlı bölmələrin və ştat üzrə olan snayperlərin 5 günlük toplanışlarından sonra yekun atış yoxlamaları keçirilib.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Xocalı şəhərinin ətrafında yerləşdiyi ehtimal edilən "Asparez" təlim mərkəzində keçirilən yekun yoxlama mərhələsində qanunsuz hərbi birləşmə "komandiri" general-leytenant Levon Mnatsakanyan da iştirak edib.
Azərbaycan odusunun cəbhədə gündəlik və plan üzrə həyata keçirdiyi tədbirlərdən qorxuya düşən Ermənistan, keçmiş döyüşçüləri və veteranları cəbhəboyu döyüş növbətçiliyinin təşkili və aparılmasına cəlb edib.
Həftə ərzində Xankəndində yerləşən polkovnik Artyom Arakelyanın rəhbərlik etdiyi qanunsuz hərbi hissənin şəxsi heyəti də döyüş atışlı təlimə cəlb edilib. Bölüyün tank bölmələrinin döyüş atışlı təlimi Ağdamın işğal altında olan Uzundərə adlanan ərazisində keçirilib.
Alpər Mövludoğlu /ordu.az
ŞƏRHLƏR