Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1305
az

Bədəndəki çatları yox etməyin 7 TƏBİİ YOLU

16:3902 May, 2018
1706
TİBB
  • A
Çatlar dəri səthində naməlum rənglərdə müşahidə edilən cizgilərdir. Bədəndə əsasən qarın ətrafında, ayağın bud hissəsində, qolların üstündə, omba və sinə bölgəsində yaranır. Çatlar bəzən də bədəndə daha geniş bir yer tutur. Çatların səbəbi çox zaman hamiləlik olsa da, ani kökəlmək və arıqlamaq, genetik faktorlar, stress də çatlara səbəb ola bilər. Başlanğıcda çəhrayı və ya qırmızı görünsə də, getdikcə daha nazik, gümüşü rəng alır və qalıcı hala gəlir.

Oxu24.com ailem.az-a istinadən bədəndəki çatlardan xilas olmağın bir neçə təbii yolunu təqdim edir.

1. Hind yağı
Qırışlar, yaşlılıq, dəri ləkələri, sızanaq kimi bir çox dəri probleminin müalicəsində istifadə edilən hind yağını çatlardan xilas olmaq üçün də istifadə etmək mümkündür. Problemli bölgələrə bir az hind yağı sürtün və 5-10 dəqiqə ərzində dairəvi hərəkətlərlə masaj edin. Yağ sürtdüyünüz bölgəni nazik pambıq parçaya sarıyın. Üzərinə isti su torbası və ya isti su doldurduğunuz şüşə qabı ən az yarım saat ərzində saxlayın. Müsbət nəticələr almaq üçün bu prosesi bir ay ərzində hər gün təkrarlayın.
2. Aloe vera
Aloe vera sakitləşdirici təsirə malikdir. Bu xüsusiyyəti sayəsində bir çox dəri probleminin müalicəsində istifadə olunur. Çatlar olan bölgəyə aloe veranı birbaşa sürtün, 15 dəqiqə ərzində saxlayın və daha sonra bölgəni ilıq su ilə yaxalayın.
Bir başqa üsul: Aloe vera, E vitamini və A vitamini kapsullarını qarışdıraraq istifadə edə bilərsiniz. Qarışığı ovalayaraq dərinizə yaxşıca yedirin və bunu gündəlik olaraq təkrarlayın.
3. Yumurta ağı
Yumurta zəngin zülal qaynağıdır. Lakin çatlar üçün yumurtanın amin turşusu və zülal baxımından zəngin hissəsi olan ağını istifadə edə bilərsiniz. Əvvəl problemli bölgəni su ilə təmizləyin və yaxşıca çırpdığınız yumurta ağını bir fırçanın köməyi qalın bir təbəqə halında sürtün. Yumurta ağının qurumasını gözləyin və daha sonra bölgəni soyuq su ilə yaxalayın. Son olaraq dərini nəmləndirmək üçün bir az zeytun yağı sürtün. Nəticə ala bilmək üçün bu əməliyyatı ən az iki həftə ərzində hər gün təkrarlayın.
4. Limon suyu
Çatların görünməsini azaltmağın digər bir sadə yolu isə limon suyudur. Limon suyunu dairəvi hərəkətlər formasında problemli bölgəyə tətbiq edin. İlıq su ilə durulamazdan əvvəl 10 dəqiqə ərzində dərinizin limonu yaxşıca əmməsinə imkan verin.
Bir digər variant: Bərabər miqdarlarda limon suyunu və xiyar suyunu qarışdıraraq çatların üzərinə çəkin.
5. Şəkər tozu
Şəkəri tozunu peeling kimi də istifadə edə bilərsiniz. Bir çay qaşığı şəkər tozu və badam yağını bir neçə damcı limon suyu ilə yaxşıca qarışdırın və probleminiz olan bölgələrə sürtün. Hər gün duş almazdan əvvəl qarışımı dərinizə çəkin. Bunu bir ay ərzində etsəniz,  çatların rənginin açıldığının fərqinə varacaqsınız.
6. Kartof suyu
Orta boy kartofu dilimləyin. Bir parça götürüb çat olan bölgələrə bir neçə dəqiqə ərzində sürtün. Kartofun nişastasının bölgəyə yaxşıca yayıldığına əmin olun. Dərinin kartofun suyunu əmməsinə imkan verin və bölgəni ilıq su ilə yuyun.
7. Kakao yağı
Təbii bir nəmləndirici olan kakao çatların görünüşünü azalda bilər. Kakao yağını bir neçə ay ərzində gündə ən az iki dəfə tətbiq etməlisiniz. Ya da yarım fincan kakao yağını 1 çay qaşığı buğda toxumu yağı, 2 çay qaşığı qədər rəndələnmiş bal şanı, bir çay qaşığı günəbaxan yağı və E vitamini ilə qarışdıraraq da tətbiq edə bilərsiniz. Bu qarışımı bal şanı yaxşıca əriyənədək isidin. Eyni zamanda, qarışımı hava almayan bir qabda soyuducuda saxlaya bilərsiniz. Gündə iki-üç dəfə istifadə edin. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diş əyriliklərini neçə yaşa qədər müalicə etmək mümkündür?
Dünyada koronavirusa yoluxanların sayı 84 milyonu keçib
Skolyoz nədir və necə müalicə olunur?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib