Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13015
az

Həkimlər hamiləliklə xərçəngi səhv salıb, qadını kimyaterapiya etdi - FOTO

20:1910 May, 2019
605
DÜNYA
  • A
 
Türkiyədə səhiyyə adına biabırçı hadisə baş verib.

Oxu24.com medicina.az-a istinadən bildirir ki, 35 yaşlı Serpil Baqa adlı qadın 2018-ci ildə ağrılarla xəstəxanaya müraciət edəndə, yumurtalığında şiş aşkar olunaraq əməliyyat olunub.
3 aydan sonra qadın özünü pis hiss edir, yenidən həkimə gələndə onda qonadotropin adlı hormonun normadan çox yüksək çıxması aşkarlanır. Həkimlər buna əsaslanıb, uşaqlıq xərçəngi diaqnoz edərək, əvvəlki yumurtalıqda olan şişdən metastaz verdiyini güman edir.

Müayinə zamanı uşaqlıqda 12 və 19 sm ölçüdə 2 şiş də aşkarlanır. Buna görə xəstəyə kimyaterapiya təyin edilir. Kimyadan sonra əməliyyata alınacaq qadında açılış baş verir və uşaqlıqdan əkiz döl düşür.

Məlum olur ki, həkimlərin şiş bildiyi əkiz döl imiş. Onu müalicə edən həkim qadının hamilə olacağını güman etməyərək, onu onkoloji xəstə kimi müalicə edib.
Pasiyent əmindir ki, açılışa səbəb kimyaterapiya olub. Qadın və əri hesab edir ki, həkim səhvi ucbatından başlarına gələn bu hadisəyə görə xəstəxana və həkimlər cavab verməlidir.
Ona görə onlar məhkəməyə müraciət edib.
 
Qeyd edək ki, tibbdə uşaqlıq və yumurtalıq xərçənginin hamiləliklə səhv salınması halları ilk dəfə deyil.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orada şiddətli döyüşlər gedir: sülhməramlılar ölüb
Bu ölkədən ABŞ-a ƏZƏLƏ NÜMAYİŞİ -Hərbi təyyarələr geri qaytarıldı
Türkiyədə dəhşətli faciə ilə bağlı 15 nəfər HƏBS EDİLDİ