Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1296
az

Bakıda saxta dollar dəyişmək istəyən çinlilər tutuldu - FOTO

13:0502 May, 2018
1643
KRİMİNAL
  • A
 Daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat həyata keçirilib.

Bu barədə Oxu24.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən banklardan birinin filialında üç əcnəbi ölkə vətəndaşı külli miqdarda saxta ABŞ dolları dəyişməyə cəhd göstərib. Onların bu niyyətlərinin qarşısı bankda xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən alınıb. Qısa zaman kəsiyində hadisə yerinə cəlb edilən idarənin əməkdaşları həmin şəxsləri saxlayaraq, aidiyyəti üzrə Polis İdarəsinə təhvil veriliblər.

Araşdırma aparılan zaman saxlanılan şəxslərin Çin Xalq Respublikasının vətəndaşları Chen Meng Lin, Lin Zhi Fanq və Rusiya Federasiyası vətəndaşı Məhəmmədrəsul Rəsulov olduğu müəyyənləşib.

Saxlanılan şəxslərdən ümumilikdə 18900 saxta ABŞ dolları müəyyən edilərək maddi sübut kimi götürülüb. İlkin ifadələrində həmin şəxslər saxta əskinasları satmaq, həmçinin paytaxt ərazisində yerləşən ticarət mərkəzlərində istifadə etmək niyyəti ilə ölkə ərazisinə gətirdiklərini etiraf ediblər.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

5 otaqlı evdə yanğın oldu
Şokolad oğurlayan qızını dəmirlə döydü, hamilə arvadını... - İNANILMAZ QƏTL
ABŞ-da xüsusi təlim keçmişdi: Terror təşkilatının kritik adı MİT tərəfindən belə zərərsizləşdirildi - Anbaan VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib