Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
129311
az

Hərbçilərimiz Qarsda təlimdə- Fotolar

14:2331 Yanvar, 2025
60
SİYASƏT
  • A

Türkiyənin Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi - 2025”də iştirak edən hərbçilərimiz yüksək peşəkarlıq nümayiş etdirirlər.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, müxtəlif ölkələrdən 12 mindən çox hərbçinin iştirak etdiyi təlimdə əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyüş təminatı üzrə fəaliyyətlər həyata keçirilir.

Təlimin ssenarisinə uyğun olaraq, artilleriya qurğuları, zirehli texnika, döyüş təyyarələri və helikopterlərdən qeyri-qanuni silahlı birləşmələrin sığınacaqları, texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Həmçinin çətin hava şəraitində təyyarələrdən endirilən taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər.

Çoxmillətli “Qış təlimi - 2025”də bölmələrimiz ölkəmizi layiqincə təmsil edirlər.

 









Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Zelenski ilə nə vaxt görüşəcəyini açıqladı
Ərdoğan tarix açıqladı: "Yeni bir Türkiyə inşa edəcəyik"
Ərdoğan və Makron telefonla danışdı - Nələri müzakirə etdilər?

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi