Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
129300
az

TƏCİLİ! Güclü partlayış olub: 5 nəfər dünyasını dəyişib

12:5231 Yanvar, 2025
64
REDAKTORUN SEÇİMİ
  • A

Ağcabədidə qumbaranın partlaması nəticəsində 5 nəfərin öldüyü hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Oxu24.com  xəbər verir ki, azyaşlı uşaq Hindarx qəsəbəsi ərazisində oynayan zaman qumbara tapıb. O, qumbaranı evə gətirib və ailə üzvlərinə verən zaman qumbara açılıb və bu zaman partlayış baş verib.

Nəticədə 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, araşdırma aparılır.

Baş Prokurorluqdan verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR