Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
129276
az

Kəlbəcər, Laçın və Ağdərədə daha 6 SES tikilir- Video

10:5631 Yanvar, 2025
29
İQTİSADİYYAT
  • A

Ölkə başçısının Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq “AzərEnerji” tərəfindən hazırda ümumi gücü 37,5 meqavat olan 6 su elektrik stansiyası tikilir.

“Azərenerji” ASC-dən verilən məlumata görə, Kəlbəcər rayonunda 7,7 meqavat gücündə “Təkəqaya”, 3 meqavat gücündə “Ağçay”, 5 meqavat gücündə “Çaykənd”, Laçın rayonunda 4 meqavat gücündə “Şeylanlı”, 3,1 meqavat gücündə “Aşağı Malıbəy”, Ağdərə rayonunda isə 14,7 meqavat gücündə “Qozlukörpü” su elektrik stansiyaları inşa olunur.

Bu 6 su elektrik stansiyasının hər biri üçün ayrı-ayrılıqda su qəbuledicilər tikilir və stansiyaları su ilə təchiz etmək üçün ümumilikdə 40 km məsafdədə derivasiya boruları çəkilir.

6 su elektrik stansiyasında ümumilikdə il ərzində 110 milyon kilovatsaat “yaşıl enerji”nin istehsal edilməsi və bununla 24 milyon kub metr qaza qənaət edilib, 44 min ton atmosferə atılan karbon qazının qarşısının alınması nəzərdə tutulur.

Bu 6 stansiyanın 2025-ci ilin birinci yarısında istismara verilməsi planlaşdırılır.

Bundan əlavə, daha 5 stansiyanın - Kəlbəcər rayonundakı “Aşağı Vəng” və “Nadirxanlı”, Laçın rayonunda isə “Mirik”, “Ağbulaq” və  “Ağbulaq-1” su elektrik stansiyalarının tikintisi başa çatıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Azeri Light” bu gün      neçəyə      satılır?
Kəlbəcər, Laçın və Ağdərədə daha 6 SES tikilir- Video
Bu şəxslərin pensiyalarıiki     dəfə       artırılacaq

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi