Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
129263
az

Almaniya Prezidenti Türkiyəyə gedir

09:1031 Yanvar, 2025
32
SİYASƏT
  • A

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer fevralın 2-dən 5-dək Yaxın Şərqə və Türkiyəyə səfər edəcək.

OXU24.COM Almaniya Prezidentinin rəsmi səhifəsinə istinadla xəbər verir ki, dövlət başçısı bölgəyə səfərinə fevralın 2-də Səudiyyə Ərəbistanından başlayacaq. Frank-Valter Ştaynmayerin Səudiyyə Ərəbistanına ötən ilin noyabrında planlaşdırılan səfəri Almaniyada koalision hökumətin dağılmasından sonra təxirə salınmışdı.

Almaniya Prezidenti Ər-Riyadda bu ölkənin beyin mərkəzlərinin nümayəndələri və Krallığın Nazirlər Şurasının Sədri, Vəliəhd Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud ilə görüşəcək və Kral Salman parkını ziyarət edəcək.

Prezident Frank-Valter Ştaynmayer fevralın 4-də İordaniyada olacaq, “İraqda İŞİD-ə qarşı mübarizə/potensialın gücləndirilməsi" çərçivəsində buradakı 18-ci Almaniya kontingentini ziyarət edəcək. Səfər çərçivəsində İordaniya Haşimilər Krallığının Kralı II Abdullah İbn Əl-Hüseyn ilə görüş də nəzərdə tutulub.

Almaniya Prezidenti bölgəyə səfərini fevralın 5-də Türkiyəni ziyarət etməklə başa çatdıracaq. Qısa səfər çərçivəsində Prezident Frank-Valter Ştaynmayerin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü planlaşdırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniya Prezidenti Türkiyəyə gedir
Culani Suriyanın yeni prezidenti oldu
Makronun reytinqləri rekord səviyyəyə enir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi