Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
129253
az

Qızılın qiyməti tarixi REKORD QIRDI -Bakı vaxtı ilə...

21:4330 Yanvar, 2025
20
CƏMİYYƏT
  • A

Qızılın qiyməti cümə axşamı günü tarixi maksimuma çataraq ilk dəfə olaraq 1 troy unsiyası üçün 2850 dolları ötüb.

OXU24.COM  xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 19:53-də "Comex" birjasında aprel qızıl fyuçersləri 1,89% (56,96 dollar) bahalaşaraq bir unsiya üçün 2 850,46 dollar təşkil edib.

Bundan əvvəl "Bloomberg", UBS-in proqnozuna istinad edərək 2025-ci ilin sonuna qədər birjada qızılın qiymətinin unsiya üçün 2900 dollara yüksələcəyini yazmışdı.

Ekspertlər əmindirlər ki, qızıl qiymətlərindəki artım tendensiyası 2025-ci ildə də davam edəcək, çünki metal iqtisadi və siyasi qeyri-sabitlik dövrlərində investorlar tərəfindən “təhlükəsiz sığınacaq” kimi görünməyə davam edəcək.

"Kredçek" xidmətinin təsisçisi Elman Mehdiyevin fikrincə, qızıl dünyada artan iqtisadi və siyasi turbulentlik fonunda bahalaşacaq. O qeyd edir ki, mərkəzi banklar öz ölkələri üçün artan risklər fonunda qızıl və digər əbədi aktivləri artırmağa davam edəcəklər, xüsusən kriptovalyutaların artması ilə əlaqədar valyuta ehtiyatlarının qeyri-stabilləşməsini nəzərə alsaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəhvə beyinə necə təsir edir? - Maraqlı araşdırma
Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan şikayətlərə baxılıb
Dörd bürc həftə sonu milyon qazanacaq

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi