Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
129248
az

Fransa Çaddakı son hərbi bazasını orduya təhvil verib

20:3630 Yanvar, 2025
30
DÜNYA
  • A

Çad Baş Qərargahından verilən açıqlamaya görə, Çadın paytaxtı Encemine şəhərində yerləşən Adji Kossei bazasına nəzarət fransız əsgərlərindən alınıb.

 

Oxu24.com xəbər verir  ki, "Adji Kossei Bazasının ələ keçirilməsi Fransa qüvvələrinin Çaddakı mövcudluğunu tamamilə sona çatdırdı. Bu təhvil yüksək vəzifəli şəxslərin, xüsusilə də Prezident Mohamed İdriss Debi Itno-nun iradəsinə və Çad xalqının tələblərinə uyğun olaraq həyata keçirilib. ", - bəyanatda deyilir. 

 

Çad hökuməti Fransa ilə 28 noyabr 2024-cü ildə imzalanan və müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirmək məqsədi daşıyan müqaviləni ləğv etmək qərarına gəldiyini açıqlayıb.

 

Daha sonra Fransa döyüş təyyarələrinin və hərbi birləşmələrinin ölkəni tərk etməyə başladığı bildirilib.

 

Fransız əsgərlərinin yerləşdiyi Faya Hərbi Bazası 26 dekabr 2024-cü ildə Çad ordusuna, 12 yanvarda isə Abeche Hərbi Bazasına təhvil verilib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Akvariumda dəhşət: Nəhəng balıq "su pərisi"ni dişlədi - VİDEO
TƏCİLİ! Rusiyadan şok qərar: Bu tarixdən başlayır
Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi