Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
129233
az

"İstintaq bitmədən bir həkimin həbs edilməsi məni çox narahat etdi" - Kardioloq Üzeyir Rəhimov

17:2730 Yanvar, 2025
2548
CƏMİYYƏT
  • A

"Həkim həbsləri davam etsə, biz rahat işləyə bilməyəcəyik."

Oxu24.com  xəbər  verir  ki, bu  barədə  İTV-nin  efirində  yayımlanan "Sabaha saxlamayaq" verilişində çıxışında  məşhur  kardioloq  Üzeyir Rəhimov  bildirib.

O, həbs olunmuş  plastik  cərrah  Sənan Mehdiyevin  həbsi  fonunda  bu  çıxışı edib.

"Mən  bu günə qədər  ümumiyyətlə eşitməmişəm ki,xəstə  ölümünə  görə   bir həkimi  həbs  etsinlər. Həkimi  həbs  etmək  üçün  dünyada  bir şərt var: Qəsdən  bir pasiyentin ölümünə  səbəb olduqda. Əgər,bu  fakt varsa,həkim  həbs  edilə  bilər. Amma  istintaq  bitmədən bir həkimin həbs edilməsi məni  çox  narahat etdi. Gedişatı  öncədən görürdüm. Çünki, son vaxtlar  diplomsuz   cərrahlardan,gel  vuranlardan,dolğuçulardan  məsələ  şişmişdi. Sanki,bir  günahkar  axtarılırdı. Diplomlu,sertifikatı  olan ,2008-ci ildən cərrah  işləyən bir  peşəkar həkimin  həbs edilməsi  sanki,ortalığı  sakitləşdirmək  üçün atılan bir  addım idi. Düzdür,həmin  gənc  xanımın  vəfatı  hər  kəsi məyus edir. Bu, çox ağırdır. Hər  kəsə başsağlığı  verirəm. Bilirəm ki, doktor da  çox əziyyətlər  çəkir...Bu,məsələyə  girmirəm... Mən özümü  bu həkimin  yerinə  qoydum. Hər gün belə  şeylərin olma  ehtimalım var.Mənə müraciət edən insanların ölüm  ehtimalı gözlə - qaş arasındadır. Əgər,belə davam edəcəks,biz rahat işləyə bilməyəcəyik",- deyə Üzeyir Rəhimov bildirib.

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.

Bu gün  Nəzrin Mansurlunun ölümü ilə bağlı şübhəli kimi saxlanılan həkim Sənan Mehdiyev barəsində seçilmiş həbs qətimkan tədbirindən verdiyi şikayətə baxılıb.

 Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

 

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sakinlərin NƏZƏRİNƏ: bəzi ərazilər susuz qalacaq
Azərbaycanda bu qurumlarda dəyişkən iş qrafiki TƏTBİQ EDİLƏCƏK
Valideynlərə ŞAD XƏBƏR -Məktəbə uşaq yola salmaq ASANLAŞACAQ

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb